Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Turizmin inkişafı və yeni emal müəssisələrinin yaradılması Xaçmazın büdcədən asılılığını azaldacaq

Turizmin inkişafı və yeni emal müəssisələrinin yaradılması Xaçmazın büdcədən asılılığını azaldacaq

16.01.2016 [10:24]

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev rayonların iqtisadi və sənaye potensialının artırılmasının vacibliyini vurğulayaraq, bunun üçün imkanların olduğunu bir daha diqqətə çatdırdı. Qeyd olundu ki, əksər şəhər və rayonlar büdcədən maliyyələşdirilir. Lakin onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Dövlətimizin başçısı regionlarda qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafının, sənaye məhəllələrinin, texnoparkların yaradılmasının büdcədən asılılığı aradan qaldıracağını diqqətə çatdırdı.
Qaldırılan məsələlərin həlli istiqamətində Xaçmaz rayonunda da işlər aparılır. Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova AZƏRTAC-a müsahibəsində bildirib ki, əsas prioritet sahələr kimi turizm, emal sənayesi, kənd təsərrüfatı, orta və kiçik sahibkarlığın inkişafını göstərmək olar. Xaçmaz ölkəmizin turizm imkanları geniş olan rayonlardandır. Ölkəmizə gələn turistlərin daha çox üz tutduğu, Xəzər dənizi və sıx meşəliklərlə əhatə olunmuş Nabran istirahət zonası bu rayonun ərazisində yerləşir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası müddətində rayon ərazində 10-a yaxın mehmanxana, eləcə də 60-dək istirahət mərkəzi yaradılıb. Bundan sonra qarşıda duran əsas məsələlərdən biri xarici turistlərin istirahət mərkəzlərinə cəlb olunmasıdır ki, bunun üçün də bir sıra işlər görülməyə başlanılıb. İlk növbədə, istirahət zonasında və ətraf ərazilərdə vacib infrastruktur layihələri icra olunur.
Ötən ilin dekabr ayında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində 35/10 kilovoltluq yeni, müasir avadanlıqlarla təchiz olunan yarımstansiya istifadəyə verilib. Yarımstansiyanın inşa olunması Nabran istirahət zonasında və ətraf yaşayış məntəqələrində həm əhalinin, həm də ərazidə fəaliyyət göstərən çoxsaylı turizm obyektlərinin elektrik təchizatında ciddi dönüş yaradıb.
Bununla yanaşı, yaxın gələcəkdə Nabran istirahət zonasında yol infrastrukturunun yenilənməsi işlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Bu da həm yerli, həm də əcnəbi turistlərin Xəzər sahillərində yerləşən istirahət mərkəzlərinə və çimərliklərə rahat gəliş-gedişini təmin edəcək.
Nabranda yerləşən turizm obyektlərində qonaqların sərfəli qiymət müqabilində istirahətini təmin etmək məqsədilə xidmət səviyyəsinin daha da artırılması üçün təkliflər təqdim olunur.
Xarici turistlərin Nabran istirahət zonasına cəlb etmək üçün geniş təbliğat işlərinə də başlanılıb. Əcnəbi turistlərin istirahət mərkəzlərinə daha çox cəlb olunması əhalinin gəlirlərinin çoxalmasına, yeni iş yerlərinin açılmasına, ümumilikdə, rayonda iqtisadi artım templərinə müsbət təsir göstərə bilən əsas amillərdəndir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz regional nümayəndəliyinin direktoru, təcrübəli kənd təsərrüfatı mütəxəssisi Rafiq Tağıyev isə AZƏRTAC-a müsahibəsində rayon ərazisində iri emal müəssisələrinin yaradılması ilə böyük iqtisadi artıma nail olmağın mümkünlüyünü qeyd edib. Xaçmazın ölkəmizdə ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğunu bildirən mütəxəssis burada emal üçün kifayət qədər məhsulun yetişdirildiyini diqqətə çatdırıb: “Xaçmazda yetişdirilən meyvə-tərəvəz yerli, eləcə də Rusiya Federasiyasının bazarlarında satılır. Son illər rayonda bağların sahəsi xeyli artıb. Nəticədə istehsal olunan meyvə də əvvəlki illərlə müqayisədə bir neçə dəfə çoxdur. Yeni iri emal zavodları açılarsa, biz bu müəssisələrin rəqabətqabiliyyətli məhsullarını xarici bazara çıxara bilərik. Keçmiş sovet dönəmində Xaçmaz rayonunda üç böyük meyvə-tərəvəz emalı müəssisəsi fəaliyyət göstərib. Bu zavodlarda 4-5 minə yaxın yerli sakin çalışırdı. Xaçmaz rayonunu bu sahə üzrə ixtisaslaşmış saymaq olar”.
Mütəxəssisin fikrincə, rayonda heyvandarlıq məhsulları (ət, süd, dəri) emalı müəssisələrinin qurulması üçün də geniş imkanlar var.
Hazırda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar sahəni əhatə edən aqropark yaradılır. Yalama Dövlət Damazlıq-Südçülük Təsərrüfatının bazasında yaradılan müasir tipli pilot heyvandarlıq müəssisəsində 1100 baş inəyin saxlanılması nəzərdə tutulur. Müasir texnologiya ilə təchiz ediləcək kompleksdə gündəlik istehsal gücü 50 tona çatan süd emalı müəssisəsi də qurulur. Bununla yanaşı, heyvanların qida təminatının təşkili məqsədilə ərazidə saatda 5 ton yem istehsal etmək qabiliyyətinə malik zavodun tikintisi də həyata keçirilir. Layihənin icrası nəticəsində 200-dən çox yeni iş yeri yaradılacaq.
Görülən işlər və perspektiv planlar deməyə əsas verir ki, Xaçmaz rayonu yaxın gələcəkdə özü-özünü maliyyələşdirən rayonların sırasına qoşulacaq və artıq bu istiqamətdə lazımi addımlar atılmaqdadır.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30