Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Öz sənət yolum, özüməməxsus yaradıcılığım var”

“Öz sənət yolum, özüməməxsus yaradıcılığım var”

26.01.2016 [10:18]

Ülviyyə Həmzəyeva: Siyasətdə yeni olmadığım üçün qarşıma qoyduğum məqsədlərə çata bilərəm

 

*** ÖMÜR YOLU ***
Ülviyyə Tapdıq qızı Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində hərbçi ailəsində anadan olub. İlk və orta təhsilini Naxçıvan şəhərində alıb. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində təhsil alıb. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət ixtisası üzrə magistr pilləsini bitirib. 2005-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi işləyib. Naxçıvan Dövlət Universitetinin dissertantıdır. Azərbaycanda ilk dəfə olaraq soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin layihə müəllifidir. Bir çox beynəlxalq və ölkəmiqyaslı festival və sərgilərin iştirakçısıdır.
Ölkəmizi xarici ölkələrdə keçirilən rəsm festivallarında və sərgilərdə uğurla təmsil edib. ABŞ, Türkiyə, Çin, İran, Rusiya, Portuqaliya, Fransa və s. ölkələrdə sərgiləri keçirilib. Portuqaliyada keçirilmiş Beynəlxalq Rəsm Festivalında “Unikal Milli Orijinallıq” nominasiyası üzrə ən yüksək mükafata layiq görülüb. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.
2010-2015-ci illərdə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 2011-ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib. 2015-ci ildən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

 

Məlum olduğu kimi, ötən il noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) növbəti möhtəşəm qələbəyə imza atdı. YAP-ın irəli sürdüyü namizədlərdən 71 nəfəri seçicilərin etimadını qazanaraq Milli Məclisdə təmsil olunmaq hüququ əldə etdi. Təbii ki, YAP-dan seçilmiş millət vəkilləri sırasında bu haqqı ilk dəfə qazanmış üzvlər də var. “Deputat kürsüsü” rubrikasında da Milli Məclisin yeni üzvlərini oxucularımıza təqdim edir, onların həyat və fəaliyyəti, hadisələrə baxışları, ictimai-siyasi proseslərdə rolu barədə məlumat veririk. Rubrikamızın növbəti qonağı 6 saylı Culfa-Babək Seçki Dairəsindən Milli Məclis üzvlüyünə seçilmiş Ülviyyə Həmzəyevadır.
Bildiyimə görə, mən ilk rəssam deputatam
- Ülviyyə xanım, ilk olaraq sizi Milli Məclisin deputatı seçilməyiniz münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. İlk sualımız belədir. Millət vəkili statusu sizin üçün hansı anlamı ifadə edir?
- Təbrikləriniz üçün təşəkkür edirəm. Mənim üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçilmək böyük şərəf və məsuliyyət hissidir. Parlamentdə deputat kimi fəaliyyət göstərmək ilk növbədə siyasi fəaliyyətdir, həm sənə etibar edən seçicilərin istəklərini və gözləntilərini səsləndirmək, həm də bilavasitə qanunverici prosesdə iştirak etmək baxımından çox əhəmiyyətlidir.
Təbii ki, bu həm də böyük məsuliyyətdir, mən də gələcək fəaliyyətimi daim bu məqamlara dayanaraq qurmağa çalışacam. Milli Məclisdə bu gün sənət adamları da var. Lakin bildiyimə görə, mən ilk rəssam deputatam. Parlamentdə incəsənəti təmsil edənlər arasında adım çəkilsə də, hesab edirəm ki, siyasətdə yeni olmadığım üçün qarşıma qoyduğum məqsədlərə çata bilərəm, buna həmçinin bundan əvvəlki 5 il müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı olaraq qazandığım parlament təcrübəsi, ictimai-siyasi həyatda iştirak etməyim də yardımçı olacaq.
- Siz Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edirsiniz. Yüzminlərlə üzvü olan güclü partiyanın təmsilçisi olaraq partiyamızın ölkəmizin ictimai-siyasi həyatında rolu ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi Ümummilli liderimizin XX əsrdə xalqımız qarşısında misilsiz xidmətidir. Ulu öndər Heydər Əliyev bu missiyanı yerinə yetirərkən vahid qüvvə kimi tükənməz məhəbbətlə xalqa arxalanıb. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev qurucusu olduğu partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
2005-ci ilin mart ayında partiyanın III qurultayında Yeni Azərbaycan Partiyasına Sədr seçilən hörmətli Prezidentimiz İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir.
YAP-ın xalq, dövlət qarşısındakı xidmətləri bu partiyanın cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirir
Hazırda 700 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.
Yeni Azərbaycan Partiyası iqtidarının yürütdüyü dövlət siyasətinin ən mühüm tərkib hissələrindən biri də Azərbaycanda hüquqi dövlət quruculuğunu təkmilləşdirmək, vətəndaş cəmiyyəti institutunu möhkəmləndirmək, çoxpartiyalı sistem, siyasi plüralizm, demokratikləşmə prosesini optimallaşdırmaq və bu yöndə ümumbəşəri dəyərlərə inteqrasiya, beynəlxalq təşkilatlarla xalqımızın və dövlətimizin mənafeyinə uyğun qarşılıqlı əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir.
Heç şübhəsiz ki, siyasi partiyanın ən əsas göstəricisi onun müxtəlif səviyyələr üzrə təmsilçilik orqanlarına keçirilən seçkilərdə iştirakı və qazandığı nəticələrlə müəyyənləşir. 1993-cü ildən bəri Azərbaycanda keçirilən hər bir seçki müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə yadda qalmışdır. Son 22 ildə keçirilən bütün seçkilərdə olduğu kimi, 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər də Yeni Azərbaycan Partiyasının parlaq qələbəsi ilə yekunlaşıb. Azərbaycan seçicisi bir daha öz fəal dəstəyini nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının xalqın inamını qazanmış alternativsiz siyasi güc olduğunu sübut edib.
Naxçıvanda quruculuq işləri hər bir sakində böyük iftixar hissi yaradır
- Milli Məclisə Naxçıvan Muxtar Respublikasından deputat seçilmisiniz. Muxtar Respublikanın mövcud sosial-iqtisadi durumu, inkişafı haqqında nə deyə bilərsiniz?
- Bu gün muxtar respublikada hər tərəf abadlaşıb, yeni təhsil və səhiyyə müəssisələri, idman və turizm obyektləri, mədəniyyət və incəsənət ocaqları inşa olunmuş, bir çox tarixi abidələr bərpa edilmiş, iri sənaye kompleksləri, emal və istehsal sahələri, elektrik stansiyaları istismara verilmiş, avtomobil yolları çəkilmiş, küçə və meydanlar, istirahət parkları salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Muxtar respublikada, demək olar ki, bütün tarixi abidələr müasir texnologiyanın son nailiyyətlərindən istifadə olunmaqla yüksək səviyyədə bərpa edilmiş, əvvəlki görkəminə qaytarılmışdır. Əhalinin rifah səviyyəsinin yüksəldilməsi yönündə bütün tədbirlər həyata keçirilmişdir. Tikilən yüzlərlə obyektlər, məktəblər, yeni iş yerləri, Naxçıvan şəhərində və rayonlarda aparılan geniş tikinti-quruculuq işləri hər bir sakində böyük iftixar hissi yaradır.
Muxtar respublikada qazanılan bütün bu uğurların əsasında təbii ki, Heydər Əliyev yoluna sadiqlik, bu yolda göstərilən böyük əzmkarlıq, möhkəm qətiyyət, dövlət və vətən sevgisi dayanır.
Rəssam rəssam olaraq doğulur və bu irsəndir
- Rəssam olduğunuzu qeyd etdiniz. Yaradıcılığınız haqqında da məlumat verməyinizi xahiş edirik... Bu sənətə maraq necə yarandı?
- Öncə qeyd edim ki, mənim atamın və anamın nənələri xalça toxumaqla məşğul olublar, onu da deyim ki, onlar yun ipliklərin rənglərini otlardan özləri alar, xalçaların naxışlarını özləri hazırlayar və toxuyardılar. Atam çox gözəl rəssamdır, lakin onun tale yolu bir az fərqli olub və o, hərbçi olmağı seçib, çünki Vətənə xidmət hər peşədən üstündür. Atamın çox güclü mis üzərində döymələri var, lakin buna baxmayaraq mənim rəsmlərimin ilk pərəstişkarı və ilk tənqidçisi mənim anam olub. Mənim qabiliyyətimə inanaraq, böyük həvəslə hər kəsə göstərirdi. Mən bilirəm ki, rəssam rəssam olaraq doğulur və bu irsəndir. Təbii, sonradan bu sənəti seçənlər də var, amma bu başqa mövzudur.
İlk sərgim 4-5 yaşlarında olanda uşaq bağçasında olub. Bu, xəmirdən düzəltdiyim heyvan fiqurları olub. Mənə göstərilən diqqətdən çox sevincli idim... Bunu xatırlayıram. Öz sənət yolum, özüməməxsus yaradıcılığım var. Bir çox beynəlxalq festival və rəsm sərgilərinə dəvət alıram. Bir çox xarici dövlətlərdə sərgilərim olub. Müxtəlif beynəlxalq sərgilərdə yüksək mükafatlarla təltif olunmuşam. Bu işimi davam etdirirəm və bu mənim ayrılmaz hissəm, mənim həyat tərzimdir.
- Azərbaycanda mədəniyyət və incəsənət adamlarına yüksək dövlət qayğısı var. Bu sahədə dövlət siyasətini necə qiymətləndirirsiniz?
- Mədəniyyət dedikdə muzeylərimiz, kitabxanalarımız, ədəbiyyatımız, folklorumuz, ana dilimiz, muğamımız, kinomuz, teatr sənətimiz, tarixi abidələrimiz, xalça sənətimiz, memarlığımız, təsviri incəsənətimiz, monumental heykəltəraşlığımız, miniatür sənətimiz və başqa sahələr göz önündə canlanır. Bu sahələrdən hər hansı biri haqqında danışanda Ulu öndərin misilsiz xidmətlərini görürük. Milli və ümumbəşəri mədəniyyəti çox dərindən bilən xalqımızın böyük oğlu Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərib.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk dövrdə, sovetlər dönəmində Azərbaycan mədəniyyəti sürətlə inkişaf edib. Yüksək dəyərli əsərlər yaranıb, onlar ittifaq və respublika səviyyəsində mükafatlandırılıblar. Ədəbiyyat və incəsənət xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti fəxri adlarına layiq görülüblər. Yeni mədəniyyət obyektləri inşa edilib.
Ölkəmizdə mədəniyyət sahəsinin inkişafına böyük diqqət var
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir. Ulu öndərin bu sahədə yaratdığı ənənələr davam etdirilir, mədəniyyət sahəsində böyük layihələr həyata keçirilir. Bu gün Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu mədəniyyət sahəsinin inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Diyarımızda geniş vüsət almış abadlıq və quruculuq tədbirləri mədəniyyət və incəsənət müəssisələrini də əhatə edir. Muxtar respublikada mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, teatrlar, musiqi məktəbləri üçün yeni binalar inşa olunub və ya əsaslı təmir edilərək istifadəyə verilib. Mədəniyyət və incəsənət müəssisələri ən müasir inventar və avadanlıqlarla təmin edilib, peşəkar musiqi və folklor kollektivləri, qrupları, bədii özfəaliyyət ansamblları dövlət qayğısı ilə əhatə olunub.
- Ülviyyə xanım, ictimai-siyasi fəaliyyətinizlə yanaşı, asudə vaxtlarınızı necə qurursunuz? Oxucularımız üçün maraqlı olar, gənc millət vəkilinin hobbisi nədir?
- Asudə vaxtlarımda daha çox yaradıcılığıma və ailəmə vaxt ayırmağa çalışıram.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 831 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30