Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatı

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatı

17.02.2016 [09:54]

2015-ci il oktyabrın 22-də “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun cəsədinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcabədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunublar.
İstintaqla müəyyən edilib ki, 2015-ci il oktyabrın 17-də saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər.
Daha sonra cinayətin izini itirmək məqsədilə cəsədi kanala atıblar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30