IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC “Tullantım azalsın” adlı fotomüsabiqə keçirir
02.03.2016 [09:25]
IDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Tullantım azalsın” adlı fotomüsabiqəyə start verilir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd ətraf mühitin qorunması və tullantıların azaldılması məsələlərinin təbliği, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinin təşkilidir. Müsabiqədə iştirak etmək istəyən peşəkar və həvəskar fotoqraflar “Təmiz Şəhər”in www.tullantim.az saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Daha sonra tullantıların ətraf mühitə təsirini əks etdirən fotoşəkli saytın “Fotomüsabiqə” bölməsinə yükləyə, yaxud musabiqe@tullantim.az e-mail ünvanına göndərə bilərlər.
Təqdim olunan şəkillər fotoqrafın özünə aid olmalı, ekologiyanın qorunmasının, tullantıların azaldılmasının, sağlamlığa mənfi təsir edən amillərin aradan qaldırılmasının vacibliyini göstərməli və insanları planetimizi təmiz saxlamağa, onun qayğısına qalmağa, təbiəti çirkləndirməməyə təşviq etməlidir.
Fotoların qəbulu aprelin 20-dək davam edəcək. Daha sonra IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin nümayəndələrindən, həmçinin müstəqil peşəkar fotoqraflardan ibarət münsiflər heyəti ən təsirli 3 fotonu seçərək qalibləri müəyyən edəcək. Sonda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqə barədə daha ətraflı məlumatı www.tullantim.az saytından əldə etmək olar.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

