Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Qarabağlı Hüseynalı bəy” kitabının təqdimatı keçirilib

“Qarabağlı Hüseynalı bəy” kitabının təqdimatı keçirilib

05.03.2016 [11:14]

Martın 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) yazıçı Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yaradıcılıq Fondunun (AYF) dəstəyi ilə çap olunan kitabın təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Yaradıcılıq Fondunun nümayəndəsi Qismət Rüstəmov kitabın məziyyətindən danışıb. Bildirilib ki, romanda tarixi şəxsiyyət Hüseynalı bəyin timsalında Azərbaycanın çarizm müstəmləkəsində olduğu son illər, eləcə də, Xalq Cümhuriyyətinin yaranması, süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı dövrlərində ermənilərlə və digər qonşu millətlərlə baş verən hadisələr, həmin dövrdə maarifçiliyin fədakarlıqla təbliği, yayılması, insanların vətənpərvərliyi və şücaəti əksini tapıb.
Qeyd edək ki, “Qarabağlı Hüseynalı bəy” Azərbaycan Yaradıcılıq Fondunun çap etdiyi səkkizinci kitabdır.

Paylaş:
Baxılıb: 804 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30