AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
12.03.2016 [12:03]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasın gündəliyi ilə bağlı məlumat verən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev müzakirə olunacaq məsələlər barədə danışıb.
İclasda həmkarlar ittifaqı təşkilatlarının 2015-ci il üzrə statistik hesabatı haqqında AHİK-in katibi-aparat rəhbəri H.Cəfərovun məlumatı dinlənilib. Qeyd edilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2016-cı il 1 yanvar tarixinə 27 üzv təşkilatı və müqavilə əsasında 6 həmkarlar ittifaqını öz ətrafında birləşdirir. Üzv təşkilatlarında 17087 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 9,6 faizini tələbələr təşkil edir.
Bildirilib ki, hesabat ilində respublika üzrə 200 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb və onlardan da 3079 nəfər həmkarlar ittifaqı üzvünü birləşdirən 61 həmkarlar ittifaqı təşkilatı qeyri-dövlət sektoruna aiddir.
İcraiyyə Komitəsinin iclasında AHİK-in üzv təşkilatlarına tövsiyə edilib ki, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasını, yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılmasını, müəssisə və təşkilatlarda işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daim nəzarətdə saxlasınlar, həmkarlar ittifaqı üzvlərinin daha çox kollektiv müqavilə və sazişlərlə əhatə olunmasına nail olsunlar, həmkarlar ittifaqları kadr və fəallarının təhsilinin təşkil edilməsinə yönələn tədbirləri davam etdirsinlər, bütün imkanlardan istifadə edərək ilk növbədə yeni seçilən həmkarlar ittifaqı komitəsi sədrlərini təhsilə cəlb etsinlər.
İcraiyyə Komitəsinin iclasında daha sonra AHİK aparatına və üzv təşkilatlarına 2015-ci il ərzində daxil olmuş ərizə və şikayətlər barədə məlumat dinlənilib. Qeyd edilib ki, həmkarlar ittifaqı orqanlarına ərizə və şikayətlərlə müraciət edilməsi həmkarlar ittifaqı üzvlərinin hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Ərizə və şikayətlərin araşdırılmasında həmkarlar ittifaqı təşkilatları öz səlahiyyətlərinə uyğun olaraq məsələnin mahiyyətini öyrənir, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununu və AHİK-in “Həmkarlar ittifaqı təşkilatlarında kargüzarlığın aparılmasına dair tövsiyələri”ni əsas tuturlar. 2015-ci ildə AHİK aparatına və üzv təşkilatlarına daxil olan 151396 ərizə-şikayətin əksəriyyəti aparat işçiləri tərəfindən araşdırılaraq müvafiq tədbirlər görülüb. Üzv təşkilatların aparatlarına daxil olmuş ərizələrin sayında azalma müşahidə olunub. 2015-ci ildə 2014-cü ilə nisbətən 5,2 faizə yaxın ərizə və şikayətlərin sayı azalıb. Müraciətlərin 90,8 faizi müsbət həll edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparatına 2015-ci ildə həmkarlar ittifaqı üzvlərindən 1578 ərizə və şikayət daxil olub ki, bu da əvvəlki ilə nisbətən 29,3 faiz artıqdır. Müraciətlərin təhlili göstərir ki, ötən il maddi yardım, yollayışlar, işdən qanunsuz azad edilmə ilə əlaqədar məktublar üstünlük təşkil edib və onların əksəriyyəti öz müsbət həllini tapıb. Ümumi müraciətlərin 58 faizindən çoxu maddi yardımlar, 14 faizi isə yollayışlarla bağlı olub. Təkcə AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə, Qarabağ əlillərinə 2015-ci ildə 102650 manat maddi yardım göstərilib, 70 min nəfərdən çoxu isə müalicə və istirahət ocaqlarında dincəlib. Üzv təşkilatlar tərəfindən öz vəsaitləri hesabına son illərdə istifadəyə verilmiş istirahət ocaqları da həmkarlar ittifaqı üzvlərinin tələblərinin yerinə yetirilməsinə müsbət təsir göstərib.
İşçilərin əmək hüquqlarının pozulması ilə bağlı ötən il AHİK-ə 3998 ərizə və şikayət daxil olub ki, bunların da 90 faizdən çoxu müsbət həll edilib.
AHİK-ə daxil olmuş ərizə və şikayətlərin araşdırılmasına göstərilən diqqətin və həssaslığın nəticəsində daxil olmuş təkrar ərizələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə daxil olmuş təkrar ərizələrin sayı 66 idisə, 2015-ci ildə bu rəqəm 28-ə enib.
Həmkarlar İttifaqı üzvləri ilə işin mühüm hissəsi onların fərdi qəbulunun aparılması üçün lazımi şərait yaradılmasıdır. AHİK-də qəbul şöbəsi fəaliyyət göstərir, qəbul otağı mövcuddur. AHİK rəhbərliyinin qəbul günlərinin cədvəli hazırlanıb. Ötən il 386 həmkarlar ittifaqı üzvü AHİK-də onun rəhbərləri tərəfindən qəbul edilib, qaldırdıqları məsələlərin həllinə yardım edilib. AHİK-ə müraciət edən həmkarlar ittifaqı üzvləri onların problemlərinin həllinə yardımçı olduğuna və obyektiv yanaşıldığına görə 2015-ci ildə həmkarlar ittifaqı üzvlərindən daxil olmuş təşəkkür məktubları əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Məktublarda həmkarlar ittifaqı üzvləri AHİK-in sədrinin Azərbaycan Respublikasını beynəlxalq həmkarlar ittifaqları hərəkatında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti kimi layiqincə təmsil etməsini, tələbələrə və şagirdlərə həmkarlar ittifaqının adlı təqaüdlərinin, güzəştlərinin verilməsini, aztəminatlı ailələrə göstərilən qayğını və maddi yardımı yüksək qiymətləndirirlər. Son illər həmkarlar ittifaqlarının vəsaiti hesabına tikilib istifadəyə verilmiş yeni istirahət ocaqlarının ittifaq üzvlərinin və ailələrinin sağlamlıqlarının möhkəmləndirilməsində mühüm rola malik olması, həmkarlar ittifaqlarının Bakıda keçirilən I Avropa Oyunlarında fəal iştirakı da yüksək qiymətləndirilir.
Bütün bunlarla yanaşı, iclasda işçilərin ərizə və şikayətlərinə daha diqqətlə və ciddi yanaşılması tələb olunub.
İcraiyyə Komitəsinin iclasında, həmçinin respublikanın iri şəhərlərində “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminarların keçirilməsi haqqında, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları kadr və fəallarının 2015-ci il üçün təhsil planının yerinə yetirilməsi və 2016-cı il üçün təhsil planı haqqında, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında AHİK-in İcraiyyə Komitəsinin qərarının icrası barədə, Həmkarlar İttifaqlarının 2016-cı il üçün ümumiləşdirilmiş büdcəsinin təsdiqi haqqında, Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2015-ci il üzrə hesabatı və digər məsələlər haqqında məlumatlar dinlənilib.
Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev İcraiyyə Komitəsinin iclasına yekun vuraraq gündəlikdəki məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında danışıb, həmkarlar ittifaqı təşkilatlarının bütün strukturlarında çalışan həmkarlar ittifaqı rəhbərlərindən yerlərdə işçilərin hüquqlarının müdafiəsinə, haqlı tələblərinin yerinə yetirilməsinə, işəgötürənlər tərəfindən onlara qarşı atılan hər hansı qeyri-qanuni addımlara, işçilərin ixtisarlarına yol verilməməsinə diqqətin daha da artırılması tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

