Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə “Media məktəbi” fəaliyyətə başlayacaq

“Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə “Media məktəbi” fəaliyyətə başlayacaq

30.03.2016 [11:14]

Aprelin 1-dən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin (GİB) birgə əməkdaşlığı və “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Media məktəbi-2” layihəsinin icrasına başlanılır. “Media məktəbi” üç ay davam edəcək.
Bu barədə AZƏRTAC-a “Odlar Yurdu” GİB-in mətbuat xidmətindən məlumat veriblər.
Layihənin əsas məqsədi gənclərin innovativ media alətlərindən düzgün istifadəsi və bu sahədə yeni biliklərin qazanılmasına xidmət etməkdir. Layihə çərçivəsində Avropa ölkələrinin media ilə bağlı həyata keçirdiyi nümunələr iştirakçılara təqdim ediləcək, region gənclərinə sosial mediadan səmərəli istifadə qaydaları öyrədiləcək. “Media məktəbi”ndə peşəkar piar menecerlər, media nümayəndələri tərəfindən təlimlər keçiriləcək.
Layihədə gənclər təşkilatları və digər gənclərlə işləyən qurumların piar menecerləri, mətbuat katibləri və ictimai əlaqələr şöbəsinin nümayəndələri və ya bu vəzifələrə namizəd gənclər iştirak edəcəklər.
Xatırladaq ki, Gəncə şəhərində “Media məktəbi” layihəsi 2013-cü ildə ilk dəfə “Odlar Yurdu” GİB tərəfindən həyata keçirilib.

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31