Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nəsimi rayonunda 66 mindən çox sakin tibbi müayinəyə cəlb olunub

Nəsimi rayonunda 66 mindən çox sakin tibbi müayinəyə cəlb olunub

08.04.2016 [09:32]

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Bakının Nəsimi rayonunda da uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, tibbi müayinənin yüksək səviyyədə təşkil edilməsi məqsədilə rayonda komissiya yaradılıb, müəssisə və idarə kollektivlərinin tibbi müayinədən keçməsi üzrə qrafik tərtib olunub. Aprelin 7-dək rayon üzrə 66 mindən çox sakin tibbi müayinədən keçib.
Rayon ərazisində fəaliyyət göstərən 5 saylı poliklinikada əhalinin pulsuz tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Poliklinikanın baş həkiminin müavini Təranə Ağabalayeva bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər.
Poliklinikanın səyyar həkim briqadası 104 yaşlı rayon sakini Gülara Allahverdiyevanı evində müayinə edib. Sonra səyyar briqada tikiş fabrikinə gələrək, burada 200-dən çox işçini müayinə edib.
Sakinlər vətəndaşların sağlamlığının qayğısına qaldığına görə dövlət başçısının bu nəcib təşəbbüsünü alqışlayıblar.

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30