BANM-də tələbələrin dördüncü elmi-texniki konfransı keçirilir
22.04.2016 [10:14]
Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin dördüncü elmi-texniki konfransı keçirilir.
Konfrans Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin bu ali məktəbin foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov vurğulayıb ki, konfransın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilməsi bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsidir. Elmi-texniki konfransların təşkilinin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyasının banisi, Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə hörmət hisslərini nümayiş etdirməkdir. Eyni zamanda, məqsəd tələbələrə elmi araşdırmalar aparmaq, nəticələri təqdim etmək bacarıqlarını aşılamaq və onların arasında informasiya mübadiləsini təmin etməkdir. Tələbələri elmi fəaliyyətə cəlb etmək məqsədilə 2016-cı ildən BANM-də “İlin gənc tədqiqatçısı” müsabiqəsinin keçirildiyini deyən rektor ən fəal iştirakçıların gələcəkdə təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirəcəklərinə əminliyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tələbələrin peşəkar kadr kimi yetişmələrində belə tədbirlərin əhəmiyyətini qeyd edib. Konfransda beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakını nəzərə çatdıran alim bu tədbirin tələbələrə gələcək tərəfdaşları ola biləcək şirkətlərlə ünsiyyət qurmaq, peşəkar vərdişlərə yiyələnmək baxımından əlverişli imkan yaratdığını bildirib.
Digər çıxış edənlər də konfransın əhəmiyyətini qeyd edib, BANM-də yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıblar.
Qeyd olunub ki, konfrans işini dörd bölmədə davam etdirəcək. “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Fizika və riyaziyyat” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölmələri üzrə iclaslarda ümumilikdə 127 məruzə dinləniləcək.
Münsiflər heyətinin üzvləri ən maraqlı məruzələri təqdim edən iştirakçıları müəyyənləşdirəcək. Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunacaq.
Konfrans aprelin 22-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

