Biləsuvarda “Azərbaycanda multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib
04.05.2016 [10:04]
Mayın 3-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Konfransda 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi və xalqımızın multikutural dəyərlərinin dünyaya nümunə olması diqqətə çatdırılıb. Bildirilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın da üzərinə şərəfli vəzifə qoyur.
Bildirilib ki, ölkəmizdə aparılan hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir, insanların hüquq və azadlıqlarının, milli mənəvi dəyərlərinin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə əqidə azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlət ilə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Çıxışlarda qeyd olunub ki, müasir qlobal dünyada bir çox ziddiyyətlər guya din amili ilə əlaqələndirilir. Bəzi dini təşkilatlar dünyanın ayrı-ayrı dini-ideoloji cərəyanlarının təsiri altında olduğunu iddia edirlər. Konfransda nəzərə çatdırılıb ki, respublikamızda milli, ideoloji, informasiya təhlükəsizliyi məsələlərinə ciddi yanaşılır. Tədbirdə o da vurğulanıb ki, hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək ziddiyyətləri əvvəlcədən görmək və onların qarşısını almaqdır.
Sonda xalqımızın multikulturalizm dəyərlərindən bəhs edən filmə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

