Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şamaxıda restoranda çəkiliş aparan jurnalistlərin döyülməsi ilə əlaqədar cinayət işi başlanıb

Şamaxıda restoranda çəkiliş aparan jurnalistlərin döyülməsi ilə əlaqədar cinayət işi başlanıb

08.06.2016 [10:01]

İyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlığının sındırılması barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) cari ilin aprelindən fəaliyyət göstərən “Yoxlama” layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılovun və layihənin əməkdaşları - Elgün Bayramlının, Loğman İsmayılovun, Polad Axundzadənin, Arif Quliyevin və İlqar Quliyevin həmin tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyevin və onun qardaşı oğlu Elşad Osmanovun jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etdikləri müəyyənləşdirilib. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1-ci (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30