Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADNSU-da 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

ADNSU-da 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

16.06.2016 [09:19]

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, professor Mustafa Babanlı 15 iyunun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunmasının zəruriliyini əks etdirən faktlara diqqət çəkib, bu günə qədər qorunub saxlanan müstəqilliyin, stabilliyin, vətəndaş həmrəyliyinin ölkədə yaşana biləcək ən böyük xoşbəxtliyin ifadəsi olduğunu qeyd edib.
Rektor 1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədəki daxili vəziyyətə və hakimiyyət böhranının yaranmasına diqqət çəkib. Qeyd olunub ki, müstəqilliyini yenicə əldə etmiş respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxs və qruplar arasında mübarizənin getdiyi bir şəraitdə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gələrək iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. O qısa müddət ərzində respublikaya ciddi təhdidlər yaradan separatçılıq meyillərinin qarşısını alaraq, əvvəlki hakimiyyətin yarıtmaz xarici siyasəti sayəsində beynəlxalq münasibətlər sisteminin əsas dövlətləri, o cümlədən qonşu ölkələrlə korlanan münasibətləri tənzimləyərək bərabərhüquqlu əməkdaşlıq səviyyəsinə yüksəldə bilmişdir. Yaranmış siyasi stabillik sayəsində iqtisadiyyatın dirçəldilməsi və inkişafı üçün möhkəm zəmin yaranmışdır.
Rektor M.Babanlı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyevin siyasəti sayəsində dövlətimizin dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutduğunu, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu arasında yer aldığını, ölkədə əhalinin rifah halının, təhsilin səviyyəsinin yüksəldiyini qeyd edib.
Digər çıxış edənlər də 15 iyun tarixinin əhəmiyyətindən, 1993-cü ilin iyunundan sonra ölkəmizin inkişaf dövrünə qədəm qoymasından danışıblar.

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31