Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubadlı ictimaiyyəti 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirir

Qubadlı ictimaiyyəti 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirir

16.06.2016 [09:22]

Qubadlı rayon ictimaiyyəti 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də Sumqayıt şəhərində yerləşən rayonun Mahruzlu kənd orta məktəbində keçirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. M.İsaqov 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyini və müstəqilliyini xilas etdiyini bildirib: “Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu. Ümummilli liderimizin qayıdışı ilə müstəqil Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi. Bu gün Azərbaycan xalqı Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bizlər hər zaman Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyirik və bilirik ki, bu siyasi kurs Azərbaycanı gələcəkdə də ən yüksək uğurlara qovuşduracaq”.
Ceyranbatan qəsəbəsində yerləşən Aşağı Mollu kənd məktəbində keçirilmiş tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev isə bildirib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Bakıya qayıdışı xalqımızın müasir tarixinin dönüş nöqtəsidir: “Milli Qurtuluş Günü gələcəyimizin təməli idi. Məhz bu gün Azərbaycan xalqı öz dövlətinə sahib çıxdı. Mən inanıram ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini də ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edəcək. Çünki xalqımız hər zaman Prezidentinin arxasındadır”.
Daha sonra partiya fəaliyyətində fərqlənən bir sıra şəxslərə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olanlara isə üzvlük vəsiqələri təqdim edilib. Tədbirlər rayon məktəblilərinin bədii çıxışı ilə davam edib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30