Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Şuşaya doğru - ShushaPost.az” layihəsinin təqdimatı keçirilib

“Şuşaya doğru - ShushaPost.az” layihəsinin təqdimatı keçirilib

24.06.2016 [10:05]

Dünən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Şuşaya doğru - ShushaPost.az” layihəsinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən İB-nin sədri Səbuhi Abbasov deyib ki, layihə çərçivəsində Qarabağ həqiqətlərinin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılması qarşıya hədəf kimi qoyulub. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində ShushaPost.az saytının təqdimatının keçirilməsi nəzərdə tutulub. Səbuhi Abbasov deyib ki, Prezident İlham Əliyev, demək olar ki, bütün görüşlərində, çıxışlarında gənclərin virtual müharibədə fəallığının vacibliyini qeyd edib: “Biz də çalışırıq ki, bu istiqamətdə fəaliyyətimizi daha sistematik və innovativ edək”.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev gənclərin cəmiyyətimizin fəal üzvləri kimi informasiya müharibəsində də fəal olmalarının vacibliyini qeyd edib: “Müharibə şəraitində yaşayan və 20 faiz torpağı düşmən tərəfindən işğal olunmuş ölkənin vətəndaşları informasiya müharibəsində çox fəal olmalıdırlar. Dünyada cərəyan edən hadisələr də onu deməyə əsas verir ki, hər bir dövlət hərbi və iqtisadi gücə malik olmaqla yanaşı, informasiya savaşında da öz düşmənlərinə qalib gəlməyi bacarmalıdır. Bu gün mövcud olan informasiya kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi imkan verir ki, hər bir azərbaycanlı ölkəmiz barədə səmərəli təbliğat aparsın. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi informasiya müharibəsində də əsas rol oynamalıdırlar. Gənclər informasiya məkanında üstünlük təşkil etdikləri üçün onların üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin bugünkü fəallığı bizi qane etsə də, bununla kifayətlənməməliyik. Bu gün dövlət tərəfindən gənclərimizin təşəbbüslərini gerçəkləşdirmək üçün kifayət qədər imkanlar yaradılıbdır. Gənclər bu imkanlardan maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Onlar Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərini əsirgəməməlidirlər”.
Sonra tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, millət vəkili Elşən Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, Gənclər Fondunun müşahidə şurasının üzvü Nurəddin Mehdiyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə şurasının sədri Elçin Əhmədov, “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Nərgiz Xələf, Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan siyasətin xalqımız tərəfindən dəstəklənməsindən, həmçinin bu tipli layihələrin əhəmiyyətindən danışıblar.
Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirdiyi “Şuşaya doğru - ShushaPost.az” layihəsi çərçivəsində ölkəmizə qarşı aparılan informasiya müharibəsində və Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini virtual dünyada fəal müdafiə etdiyinə görə bir qrup media təmsilçiləri və fəal gənc təltif olunub.

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30