Silahlı Qüvvələrin tərkibinin genişləndirilməsi müdafiə potensialını gücləndirəcək
23.07.2016 [10:08]
2016-cı ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, bu il ölkəmizdə dərin islahatlar ili olacaq. Bu sırada ölkədə geniş iqtisadi və administrativ islahatlar başladıldı. İqtisadi islahatların başlıca mahiyyəti ölkə iqtisadiyyatının cəlbediciliyini artırmaq və liberallaşdırmaya hədəflənirdisə, administrativ islahatların əsas hədəfi idarəetmənin səmərəliliyini daha da yüksəltməyə yönəlmişdir. Həyata keçirilən islahatların təməlini isə ölkənin ali qanunu Konstitusiya təşkil edir. Ölkədə atılan bütün iqtisadi və siyasi addımlar Konstitusiyanın yol verdiyi çərçivədə mümkündür. Konstitusiyaya dəyişikliklər edilməsi haqqında Referendum Aktının başlıca məqsədi də həyata keçirilən iqtisadi-siyasi islahatları dərinləşdirməyə, eyni zamanda, qloballaşan dünyada cəmiyyət üzvlərinin hüquq və azadlıqlarının müdafiəsini və ölkənin təhlükəsizliyini gücləndirməyə yönəlib. Ümumilikdə 29 maddəyə dəyişiklik və əlavə edilməsi təklif edilir.
9-cu maddənin birinci hissəsinə təklif edilən dəyişiklik Azərbaycanda Silahlı Qüvvələrin fəaliyyətini daha effektiv qurmağa yönəlib. Belə ki, hazırda Konstitusiyanın 9-cu maddəsinin birinci hissəsində deyilir: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır”.
Eyni maddənin 3-cü hissəsində isə qeyd edilir ki, “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır”.
Göründüyü kimi, mövcud Konstitusiyaya görə, Prezident yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab edilir və digər silahlı birləşmələr, misal üçün, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya Azərbaycan Prezidentinə yalnız ali icra hakimiyyətinin başçısı kimi tabedirlər.
Bu gün Azərbaycan çox həssas bir regionda yerləşir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu işğalın bu günə qədər davam etməsi regionda sülh və sabitlik üçün təhdidlər yaradır. Eyni zamanda, son illər qlobal terror şəbəkələrinin fəaliyyətlərini intensivləşdirmələri Azərbaycan üçün də təhdidlər yaradır. Bu da, heç şübhəsiz ki, ölkənin təhlükəsizliyinə cavabdehlik daşıyan bütün qüvvələrin vahid komandanlıq altında birləşdirilməsini vacib edir. Xüsusən də nəzərə alsaq ki, son illərdə Daxili Qoşunların, Milli Qvardiyanın, Sərhəd Qoşunlarının inkişafı onların real hərbi qüvvəyə çevrilməsini təmin edib. Ona görə də Konstitusiyanın 9-cu maddəsinə təklif edilən “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.” dəyişikliyinin qəbul edilməsi bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirməyə imkan verəcək. Bu da ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini artıracaq. Bu həm də birləşmələr arasında əlaqənin keyfiyyətini, xüsusən də kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının mübadiləsi prosesini sürətləndirəcək, istər işğal olunmuş ərazilərdə həyata keçiriləcək əməliyyatlar, istərsə də ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə qarşı yönəlmiş əməllərin qarşısını almaqda öz səmərəsini nümayiş etdirəcək. Ona görə də Konstitusiyanın 9-cu maddəsinə təklif edilən dəyişikliyi hər bir Azərbaycan vətəndaşı dəstəkləməlidir. Çünki bu, ölkənin təhlükəsizliyinin təmin edilməsini gücləndirməyə yönəlmiş addımdır.
Aqil FAMİLOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

