“Smart Start” proqramına seçilən gənclər “Bakcell”də təcrübəyə başlayıblar
28.07.2016 [10:03]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramının seçim turlarından uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar. Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, onların praktiki biliklərini artırmaq və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir. Şirkətdən verilən məlumatda qeyd olunur ki, gənclər arasında “Smart Start” proqramına maraq bu il də böyük olub. “Bakcell”də təcrübə keçmək üçün 2000-ə yaxın gənc müraciət forması təqdim edib. Bütün seçim mərhələlərini müvəffəqiyyətlə keçən 33 nəfər isə təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçılar 2 ay müddətində insan resursları, marketinq, mühasibatlıq, pərakəndə satış və distribusiya, korporativ satış, informasiya texnologiyaları əməliyyatları, müştəri və müəssisə idarəetmə platformaları, xidmət əməliyyatları mərkəzi, proqram idarəetmə, müştəri xidmətləri strategiyası və onlayn xidmətlərin idarə edilməsi, müştəri xidmətləri şöbələrində çalışacaqlar. Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənir, eyni zamanda, karyera planlaşdırılması, biznes etikası, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər. Qeyd edək ki, 2014 və 2015-ci illərdə “Smart Start” təcrübə proqramından 54 nəfər məzun olub, onların 12 nəfəri artıq “Bakcell” şirkətinin müxtəlif sahələrində işlə təmin olunub. Digər məzunlar isə yeni yaranan vakansiyalara potensial namizəddirlər. Xatırladaq ki, proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bu il gənclərin proqram haqqında ətraflı məlumat alması və müraciət prosesini daha dinamik və asan etmək məqsədi ilə yeni sayt istifadəyə verilib. Sayt vasitəsi ilə təcrübə proqramına müraciət etmək, proqram haqqında daha geniş məlumatları, xəbərləri və məzunların təcrübə hekayələrini oxumaq, “Bakcell”in universitetlərdə keçirdiyi tədbirlərə qoşulmaq üçün qeydiyyatdan keçmək, əməkdaşlarımızın gənclərə verdiyi tövsiyələr ilə tanış olmaq mümkündür.
Kreativ gənclərin öz təkliflərini və layihə ideyalarını göndərə bilməsi üçün saytda xüsusi bölmə yaradılıb. Son statistikaya əsasən gənclər artıq http://developtalent.bakcell.com/az saytdan aktiv şəkildə faydalanır və şirkətlə daha sıx əlaqəyə girirlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14

