Üç qardaşın bir hədəfi - BANM
09.08.2016 [08:59]
Rəşad Nəzərəliyev Bakı Ali Neft Məktəbində (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alır, artıq IV kursa keçib, BANM-ə 677 bal toplayaraq qəbul olub. Builki qəbul imtahanında isə onun iki qardaşı - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə 700 bal toplayıb. Hər iki abituriyent artıq seçimini edib - ixtisas seçimində hər ikisi Bakı Ali Neft Məktəbini, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçiblər. Bir ailənin üç övladı BANM-i seçib, üç qardaşın bir hədəfi çox abituriyentlərin uğuruna imza olan BANM olub. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsi qardaşlarla müsahibə hazırlayıb:
Onlarla söhbətimiz də elə üçlükdə oldu. Müsahiblərimizin hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar. İlk sualı əkiz qardaşlara ünvanladıq:
- Orta məktəbdə daha çox hansı fənlərə marağınız var idi?
Nurlan Nəzərəliyev: Orta məktəbdə keçilən fənlərin hamısını oxuyurdum, bununla belə riyaziyyatı daha çox oxuyurdum. Bizim məktəbdə riyaziyyat fənnini yüksək səviyyədə tədris edirlər. Anam da riyaziyyat müəllimidir. Ədəbiyyatı, tarixi fənn kimi oxumuşuq.
Rəvan Nəzərəliyev: Qardaşımla eyni məktəbdə oxumuşuq, əlaçı olmuşuq. Riyaziyyata daha çox meyil etmişik. Digər fənlərin də hamısını oxuyurduq.
- Yüksək bal toplamağınıza, yəqin ki, çox sevindiniz? Qardaşınız da sevinib...
Rəşad Nəzərəliyev: Mən bu xəbəri Çilov adalarında təcrübədə olanda eşitdim. Bildiyiniz kimi, BANM tələbələri hər yay müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər. Mən də bu il Çilova düşmüşəm. Mənə dedilər ki, qardaşlarım haqqında artıq məlumat çıxıb, hər ikisi yüksək bal toplayıb. Çox sevindim.
Rəvan Nəzərəliyev: Balımızın yüksək olduğunu cavabları yoxladıqdan sonra bildik. Çox sevindik. Babam və anam daha çox sevindilər.
Nurlan Nəzərəliyev: Əlbəttə, sevindik. Qardaşım 700 bal yığdı, mənim balım isə bir qədər az oldu. Mən 685 bal toplamışam.
- Niyə BANM-i və bu ixtisası seçdiniz?
Hər ikisi birlikdə bu sualımızı cavablandırır:
- İxtisas seçimində Elmar müəllimin də rolu oldu. O, bizi Proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan bir neçə tələbə ilə görüşdürdü və tələbələr bizə bu ixtisas haqqında geniş məlumat verdilər. Bizdə bu ixtisasa maraq oyandı.
Rəşad müdaxilə edir:
- Əslində hər ikisinin uşaqlıqdan kompüterə maraqları var idi. Buna görə də ailədə də məsləhət gördük ki, “avtomatika”nı seçsinlər.
Rəvan Nəzərəliyev: Qardaşım Rəşad 677 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olanda biz də bu ali məktəbə daxil olmağa qərar verdik. Qardaşım Rəşad BANM-də oxuduğu müddətdə bu ali məktəbin rəhbərliyinin ciddi nizam-intizam yaratmasından, müəllimlərin səmimi, istiqanlı və qayğıkeş olmasından danışırdı. Ali məktəb hər ay tələbələrin müxtəlif opera və dram tamaşalarına getməsini təşkil edir. Bundan başqa, rəhbərlik tez-tez SOCAR və eləcə də digər transmilli şirkətlərin rəhbərləri, mühəndisləri ilə görüşlər təşkil edir. Bütün bunlar bizə çox maraqlı gəldi.
Nurlan Nəzərəliyev: BANM-də dərslər ingilis dilində tədris olunur. Tədris yüksək səviyyədədir. Məzunlar işlə təmin olunur. BANM-də təhsil alan tələbələrin hamısı yüksək ballı olduğu üçün tələbə kontingenti yüksək səviyyəlidir. Biz həmişə belə tələbələrlə bir yerdə təhsil almağı arzulamışıq.
- Burada uğur qazanacağınıza inanırsınızmı?
Nurlan Nəzərəliyev: Əminik ki, ölkəmizin inkişafında mühüm rol oynayan gənclərdən biri olacağıq.
Rəvan Nəzərəliyev: İnanıram ki, BANM-də təhsil alaraq ölkəmizin inkişafında önəmli şəxslərdən birinə çevriləcəyik.
Sonda müsahiblərimiz Nurlan və Rəvan bu uğurlarına görə öz valideynlərinə, müəllimlərinə - ibtidai sinif müəllimi Nazilə müəlliməyə, sinif rəhbəri Züleyxa müəlliməyə, riyaziyyat müəllimi Sevda müəlliməyə, Solmaz müəlliməyə, Elçin müəllimə və Eldəniz müəllimə, fizika müəllimi Südabə müəlliməyə və Anar müəllimə, kimya müəllimi Ceerey müəllimə, Azərbaycan dil və ədəbiyyatı müəllimi Əsli müəlliməyə, ingilis dili müəllimi Gültəkin müəlliməyə təşəkkür ediblər.
Xəbər lenti
Hamısına baxElm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05

