/ / Media şəhidlər və şəhid ailələri ilə bağlı xəbərlərin yayımlanmasına xüsusi həssaslıqla yanaşmalıdır
Media şəhidlər və şəhid ailələri ilə bağlı xəbərlərin yayımlanmasına xüsusi həssaslıqla yanaşmalıdır
16.08.2016 [15:33]
Azərbaycan xalqı Vətən və torpaq uğrunda, xalqının azadlığı naminə canından keçən şəhidləri və qəhrəmanları ilə daim qürur duyub. Tariximizin bütün mərhələlərində yetişən bu insanlar milli kimliyimizin daşıyıcıları, xalqımızın var olmaq haqqını dünyaya nümayiş etdirən şəxslər olaraq nəsillərə nümunədirlər.
Bu fikirlər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun şəhidlərə bəslənilən ehtiram, şəhid ailələrinə göstərilən diqqət və KİV-in bu mövzuya yanaşması mövzusunda AZƏRTAC-ın sifarişi ilə hazırladığı məqalədə yer alıb.
Müəllif xatırladır ki, bu il aprelin 2-5-də Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması, mülki əhalini hədəfə alması ilə başlanan hadisələr və Azərbaycan əsgərinin layiqli cavab zərbəsi nəticəsində düşmənin darmadağın edilməsi xalqımızın şəhidlik və qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Azərbaycan dövləti və xalqı şəhid övladlarını son mənzilə ehtiramla yola saldı. Xüsusilə Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək rütbəli zabitləri bu tədbirlərin təşkilatçıları və ən fəal iştirakçıları oldular.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, erməni işğalçılarının cəbhə xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup Azərbaycan hərbçisi 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə mükafatlandırıldılar. Onlardan 3 nəfəri ən yüksək fəxri ada - “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Digər hərbçilərimiz “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olundular. Bir qrup hərbçi isə müdafiə nazirinin və yerli birləşmələrin komandirlərinin əmrləri ilə təltif edildilər. Şəhidlərimizin ailə üzvləri və doğmalarının sosial problemlərinin həlli ilə əlaqədar müvafiq qurumlara göstərişlər verildi, lazımi addımlar atıldı.
Şəhid ailələri, müharibə əlliləri və döyüşlərdə fərqlənmiş digər şəxslər daim Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunurlar. Şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və prioritet xarakter daşıyan siyasətdir. Hazırda bu dövlət siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla gerçəkləşdirilir.
Bu baxımdan son vaxtlar ölkənin müxtəlif KİV-lərində, xüsusilə ayrı-ayrı saytlarda aprel döyüşlərində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısını alarkən həlak olmuş əsgər və zabitlərimizin ailə üzvlərinə və doğmalarına dövlət orqanları tərəfindən biganəlik göstərildiyi, onların müəyyən problemlərlə qarşılaşdıqları barədə həqiqəti əks etdirməyən məlumatların yayılması ciddi narahatlıq doğurur. Faktların təhlili göstərir ki, şəhid ailəsinin hər hansı probleminin guya dövlət orqanlarının şəhid ailələrinə biganəliyi kimi qələmə verilərək ictimailəşdirilməsi məqsədli xarakter daşıyır. Müdafiə Nazirliyinin, yaxud digər dövlət orqanının fəaliyyətinə kölgə salmaq niyyəti güdən bu məlumatların əksəriyyəti real faktlara əsaslanmasa da, ictimai rəyi çaşdırır, insanlarda, xüsusilə yetişməkdə olan gənc nəsildə inamsızlıq yaradır. Digər tərəfdən, Silahlı Qüvvələrin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına mənfi təsir göstərən belə məlumatların yayılmasının müharibə şəraitində yaşayan bir ölkə üçün nə demək olduğunun yəqin ki, geniş izahata ehtiyacı yoxdur.
Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə məşğul olan İctimai Birlik kimi, belə zərərli münasibətin digər mənfi nəticələr, o cümlədən gənc nəsildə ruh düşkünlüyü doğura biləcəyi qənaətindədir. Məhz qeyd olunanlara görə, biz hansısa məmurun işinə məsuliyyətsiz yanaşması ucbatından şəhidin ailəsinin hansısa problemlə üzləşməsindən narahatlıq keçirir, bunu yolverilməz hesab edirik. Şəhid ailəsi dövlət orqanlarında yalnız həssaslıqla, qayğıkeşliklə qarşılaşmalıdır. Çoxsaylı faktlar göstərir ki, xalqına, Vətəninə xidmət yolunda həlak olmuş insanların ailələri məhz belə münasibətlə əhatə edilib.
Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin adının əbədiləşdirilməsini hər birimizin, xüsusilə onların doğmaları və yaxınlarının istəyidir. Ancaq belə bir həqiqəti də qəbul etməliyik ki, təltiflər göstərilmiş xidmətlərə uyğun olmalıdır. Azərbaycanın müvafiq dövlət orqanları ilə bağlı qanunvericilikdə, xüsusilə normativ sənədlərdə bu qaydalar və standartlar öz dolğun əksini tapmışdır. Bəzən şəhid ailələrinin şəhidin layiq olduğu fəxri ad, orden və medallarla təltif edilməsi üçün dövlət orqanlarına müraciətini tirajlayanlar məsələnin mahiyyətinə varmadan Müdafiə Nazirliyini günahlandırırlar. Doğrudur, şəhid hamımızın gözündə bir qəhrəmandır. Çünki o, canını Vətən uğrunda qurban verib. Bununla belə, hərbi qulluqçuların mükafatlandırılması onun döyüş zamanı göstərdiyi xidmətlərin komandanlıq tərəfindən ciddi araşdırılaraq qiymətləndirilməsi ilə baş tutur. Bu mənada, fəxri adlar kimlərinsə istəyi ilə deyil, məhz müvafiq normalar nəzərə alınmaqla verilir. Belə məsələlər yalnız hüquqi əsası olduqda qaldırıla bilər. Əks-halda çaşqınlıq yaranır, hansısa rəsmi şəxs qərəzçilikdə günahlandırılır. Bunu məqsədli şəkildə qabardanlar insanların etibarından istifadə etməklə, onların hisləri ilə oynayırlar.
Respublika Veteranlar Təşkilatı Müdafiə Nazirliyi, eləcə də digər dövlət orqanları ilə sıx əlaqədə işləyən İctimai təşkilat kimi şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu yaxşı bilir. Bir çox hallarda şəhid ailələri və onların yaxınları həm dövlət orqanlarına, həm də bizə və digər ictimai birliklərə müraciət edərək müəyyən problemlərinin həllində kömək istəyirlər. İstər dövlət orqanları, istərsə də ictimai təşkilatlar bu məsələlərə yüksək həssaslıqla yanaşır, onların müsbət həllində qarşılıqlı səyləri əsirgəmirlər. KİV nümayəndələrinə müraciətimiz də bununla bağlıdır ki, hər hansı problemi dəqiqləşdirmədən nəticə çıxarmağa tələsməsinlər. Əksinə, onlar aldıqları məlumatları müvafiq orqanlarla dəqiqləşdirməklə məsələ haqqında daha müfəssəl və obyektiv informasiyalar əldə edə bilərlər. Bununla həm şəhid ailələrinə həqiqi dayaq olar, həm də sonradan hansısa yanlışlığa görə təkzib verməkdən sığortalanarlar.
Yeri gəlmişkən, məhz bu işə önəm verilərək müdafiə nazirinin müvafiq əmri ilə ilin əvvəlində nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi yaradılıb. Artıq bir neçə aydır ki, bu bölmə uğurla fəaliyyət göstərir və məsələ ilə əlaqədar KİV-in istənilən suallarını cavablandırmağa hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

