“Dini radikalizm və xurafat - bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilib
30.08.2016 [09:45]
Avqustun 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizm və xurafat - bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nın, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndələri, media təmsilçiləri, eləcə də ilahiyyatçılar, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək tədbirin keçirilməsində məqsədin dini radikalizm və onun fəsadları, bu bəlanın qurbanına çevrilən insanlar, xurafat və onun törətdiyi fəsadlarla bağlı müzakirələr təşkil etmək və bu sahədə fikir mübadiləsi aparmaq olduğunu bildirib. Sədr müavini Dövlət Komitəsi tərəfindən dini radikalizm və xurafata qarşı hüquq mühafizə orqanları, QMİ, eləcə də digər aidiyyəti qurumlarla birgə aparılan mübarizə tədbirlərindən danışıb. O bildirib ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maariflənmədən, İslamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini radikalizm və xurafat arasında ciddi fərq olmadığını deyən G.İsmayılov hər iki məfhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, əgər din pərdəsi altında qadın hüquqlarına təhdidlər, erkən nikahla bağlı problemlər, eyni zamanda, dünyəvi təhsilə qarşı kiçik qruplar tərəfindən də olsa çıxışlar varsa, bunlar da xurafatla mübarizə çərçivəsində nəzərdə tutulan məsələlərə aiddir. Dini radikalizm və xurafatla mübarizədə KİV-in də üzərinə böyük missiya düşdüyünü deyən Gündüz İsmayılov bu sahədə medianın böyük potensiala malik olduğundan və bu imkanlardan istifadənin vacibliyindən danışıb.
QMİ-nin aparat rəhbəri Simran Həsənov bildirib ki, vaxtında qarşısı alınmazsa, xurafat dini radikalizmə gətirib çıxarır. O deyib ki, din kimi həssas mövzudan yazmaq üçün jurnalistlərin müəyyən hazırlığı olmalıdır. Təəssüf ki, xurafat, dini radikalizmlə mübarizə adı altında bəzi media orqanlarında işıq üzü görən yazılar əslində əks məqsədə xidmət edir. QMİ tərəfindən jurnalistlər üçün 2-3 günlük seminar keçirilməsinə də ehtiyac olduğunu deyən S.Həsənov tezliklə bu istiqamətdə addımların atılacağını söyləyib.
Digər çıxış edənlər dini radikalizm və xurafatla mübarizədə maarifləndirmə işinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

