Rusiya jurnalında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi haqqında məqalə dərc edilib
15.09.2016 [10:20]
Rusiya Hakimlər Şurasının və Beynəlxalq Hüquqşünaslar İttifaqının “Prava çeloveka” jurnalında 1999-2012-ci illərdə Avropa İnsan Haqları Məhkəməsinin hakimi olmuş Anatoli Kovlerin Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə X.Hacıyevin peşəkar və elmi fəaliyyətinin əsas mərhələlərindən söhbət açılır. A.Kovler Avropa Məhkəməsinin Azərbaycandan olan hakiminin işindən söhbət açaraq qeyd edir ki, məhkəmə iclaslarında onun nadir hallarda, lakin çox sərrast çıxışları həmişə yüksək peşəkarlığı ilə fərqlənirdi. O, çıxış etmək üçün yalnız o vaxt söz alırdı ki, Tolstoy demişkən, “susmaq mümkün olmayan” vəziyyət yaransın. Onun nadir xüsusi rəyləri də bu cür peşəkarlıqla fərqlənir. Rusiyalı hakim bildirir ki, “Lamber Fransaya qarşı” işində Xanlar Hacıyev faktiki olaraq zorakılıqla törədilmiş, riyakarlıqla “terapevtik müalicənin perspektivsiz olması” motivləri ilə ört-basdır edilən evtanaziyaya məhkəmə tərəfindən bəraət qazandırılmasına qarşı kəskin çıxış etmiş beş hakimdən biri olub.
İndi Xanlar Hacıyev bu məhkəmədə fəaliyyət müddətinə görə ağsaqqal sayılan hakimlərin əsas siyahısındadır. Həmkarlarının rəylərindən göründüyü kimi, o, yenə də əvvəlki kimi hədsiz təvazökar və peşəkardır, bəzi daha gənc və təcrübəsi daha az olan həmkarlarından fərqli olaraq rəhbər vəzifələrə can atmır və əvvəlki kimi xeyirxah, həssasdır.
Rusiyalı hakim Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan olan hakimi, “Prava çeloveka” jurnalının redaksiya şurasının üzvü və müəllifi Xanlar Hacıyevin yüksək mədəniyyətli və geniş təfəkkürlü bir alim olduğunu diqqətə çatdırır.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

