/ / Nərimanov rayonu üzrə yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib
Nərimanov rayonu üzrə yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirilib
15.09.2016 [10:24]
Dünən Bakı Modern Təhsil Kompleksində Nərimanov rayonu üzrə təhsil müəssisələrinin 2015/2016-cı tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə rayon İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin ictimaiyyətin görüşü keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və qonaqlar Ümummilli liderimiz Heydər Əliyevin Bakı Modern Təhsil Kompleksinin inzibati binasının foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuş tələbələri təbrik edərək, onlara dövlətimiz üçün layiqli bir vətəndaş olmaları naminə gələcək həyat yollarında uğurlar arzulayıb. Müasir dünyada hər bir ölkənin gələcəyinin həmin ölkədə təhsilin səviyyəsi ilə ölçüldüyünü deyən A.Fərzəliyev Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başlatdığı islahatların bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. A.Fərzəliyev Azərbaycanda təhsilin dövlətimizin başçısının daim himayəsi altında olduğunu, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı sayəsində Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı və sistemli tədbirlərin görüldüyünü, milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramlarının təsdiq olunaraq reallaşdırıldığını və bu istiqamətdə atılan bütün addımların ölkəmizdə təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin daha da yüksəldilməsinə, milli kadr potensialının formalaşmasına xidmət etdiyini vurğulayıb.
Natiq son illər təhsil sahəsində həyata keçirilən layihə və proqramların xüsusi uğurları ilə seçildiyini, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının ayrı-ayrı bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaratdığını, orta ümumtəhsil məktəblərinin bərpası və yenidənqurulması, habelə yeni məktəblərin tikintisi prosesinin geniş vüsət aldığını söyləyərək, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, demək olar ki, Nərimanov rayonunun bütün təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirildiyini xüsusi bildirib.
Həmçinin qeyd edilib ki, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli iş görülüb. Dövlətimizin başçısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri xüsusi diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırır. “Ölkəmizdə heç bir dövrdə olmayan qədər təhsil müəssisələri tikilərək, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək nəticələr göstərən tələbələrin sayının ilbəil artmasında göstərir. Sevindirici haldır ki, respublika üzrə ən yüksək - 700 bal toplayan 6 məzundan 2-si Nərimanov rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin məzunlarıdır. 2016-cı ildə ali məktəblərə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayan şagirdlərin sayı isə 30 nəfərdir”, - deyə A.Fərzəliyev vurğulayıb.
Sonra Milli Məclisin deputatları - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Adil Əliyev və Rasim Musabəyov çıxış edərək, dövlət başçısının apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını, ölkə həyatının bütün sahələrində olduğu kimi təhsildə də böyük uğurların əldə olunduğunu bildirib, bütün bu nailiyyətlərin insan kapitalının inkişafına təkan verəcəyinə, ölkəmizin iqtisadi inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcəyinə əminlik ifadə ediblər.
Sonda Nərimanov rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

