IDEA İctimai Birliyi IUCN-nin Ümumdünya Mühafizə Konqresində
16.09.2016 [13:52]
IDEA İctimai Birliyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (International Union for the Conservation of Nature - IUCN) ABŞ-ın Honolulu şəhərində (Havayi ştatı) sentyabrın 1-11-də təşkil olunmuş Ümumdünya Mühafizə Konqresində iştirak edib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, IUCN-nin üzvü qismində IDEA Konqres çərçivəsində keçirilmiş iclaslarda, o cümlədən təşkilatın yeni prezidentinin və regional nümayəndələrinin seçilməsində, növbəti 4 il üçün hədəflərinin müəyyən olunmasında yaxından iştirak edib. IDEA təbiətin mühafizəsi ilə bağlı şüarların təsdiq olunması ilə bağlı müzakirələrdə töhfə verməklə, ölkəmiz və regionumuzun biomüxtəlifliyinin üzləşdiyi təhdidləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Konqresin keçirildiyi məkanda quraşdırılmış IDEA İctimai Birliyinin özünəməxsus pavilyonu tədbir iştirakçılarının geniş marağına səbəb olub.
Sözügedən stendin divarları IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, “Baku Corner”in təşəbbüskarı Leyla Əliyevanın Azərbaycanın nadir fauna növlərini tərənnüm edən rəsmləri ilə bəzədilib. Müəllifin təsvir etdiyi bəbir və ceyran obrazları bu valehedici heyvanların təbiətimiz üçün əhəmiyyətini və onların üzləşdiyi təhdidləri əks etdirir. Pavilyonu ziyarət edən minlərlə insan onun möhtəşəmliyindən zövq almaqla yanaşı, Azərbaycanın təbiət inciləri barədə geniş məlumat alıb. Ziyarətçilər arasında keçirilmiş kiçik müsabiqələrin qaliblərinə “Baku Corner”in müxtəlif qiymətli xatirə hədiyyələri təqdim edilib.
Pavilyonda IDEA İctimai Birliyinin son 5 ildə həyata keçirdiyi biomüxtəlifliyin mühafizəsi layihələri və əldə etdiyi nailiyyətlər əks olunub, Azərbaycanın füsunkar təbiəti ilə bağlı çəkilmiş sənədli filmlər, o cümlədən IDEA-nın təşəbbüsü olan “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində Göygöl, Ağgöl və Şirvan Milli Parkları ilə bağlı çəkilmiş filmlər nümayiş etdirilib, ölkəmizin ekosistemi barədə ətraflı məlumat verilib. Ziyarətçilərə IDEA-nın müxtəlif təşviqat-təbliğat materialları və maarifləndirici məhsulları təqdim olunub. IDEA-nın fəaliyyəti Konqres iştirakçıları və yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
IUCN-nin İcraçı direktoru xanım İnqer Andersen IDEA-nın Konqresin işində fəal iştirakını və möhtəşəm pavilyonunu təqdir edib. O, həmçinin IUCN tərəfindən təbiətin mühafizəsi ilə bağlı həyata keçirilən layihələrə dəstəyinə və ətraf mühitin qorunması səylərinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.
“Planetlər yol kəsişməsində” (Planets at the crossroad) şüarı altında keçirilmiş 2016 Ümumdünya Mühafizə Konqresində 192 ölkədən 10 mindən çox nümayəndə iştirak edib. Konqresin ən böyük uğuru təbiətin mühafizəsi üzrə “Havayi öhdəlikləri” kimi tanınan post-2015 gündəliyi və yol xəritəsini qəbul etməsi olub. Sənəddə əks olunan əsas öhdəliklər xüsusi mühafizə olunan ərazilərin sənayeyə bağlanması, açıq dənizin mühafizəsi, meşələrin qorunması və s. kimi məsələləri əhatə edib.
IDEA İctimai Birliyi 2014-cü ildən etibarən IUCN-nin tamhüquqlu üzvüdür. Əsası 1948-ci ildə qoyulan IUCN bu gün dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ən böyük və ən qədim qurum olaraq tanınır. Hal-hazırda təşkilatın 200-dən çoxu hökumət, 900-dən çoxu isə qeyri-hökumət təşkilatı olmaqla ümumilikdə 1200 üzvü var. IUCN-nin qlobal “Qırmızı Siyahısı” dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin əks olunduğu ən mükəmməl sənəd hesab olunur.
“Baku Corner” Beynəlxalq Konqresdə təqdim olunub
Sentyabrın 1-11-də ABŞ-ın Honolulu şəhərində (Havayi ştatı) təşkil olunan, 10 mindən artıq insanın iştirak etdiyi Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (International Union for the Conservation of Nature - IUCN) Ümumdünya Mühafizə Konqresində “Baku Corner”in cazibədar guşəsi quraşdırılıb.
Sözügedən stendin divarları “Baku Corner”in təşəbbüskarı Leyla Əliyevanın Azərbaycanın nadir fauna növlərini tərənnüm edən rəsmləri ilə bəzədilib. Müəllifin təsvir etdiyi bəbir və ceyran obrazları bu valehedici heyvanların təbiətimiz üçün əhəmiyyətini və onların üzləşdiyi təhdidləri əks etdirir. Pavilyonu ziyarət edən yüzlərlə insan onun möhtəşəmliyindən zövq almaqla yanaşı, Azərbaycanın təbiət inciləri barədə geniş məlumat alıb. Ziyarətçilər arasında keçirilmiş kiçik müsabiqələrin qaliblərinə “Baku Corner”in müxtəlif qiymətli xatirə hədiyyələri təqdim edilib.
“Baku Corner” Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada istedadlı insanların dəstəklənməsinə yönəlmiş qlobal səylərə töhfə vermək məqsədi daşıyan qeyri-kommersiya layihəsidir. “Baku Corner” yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış məhsulların geniş kolleksiyasını təklif edir. Bu cür unikal xeyriyyə layihəsinin təsis edilməsi təşəbbüsünü üzərinə götürməsi ilə yanaşı, Leyla Əliyeva insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə öz incəsənət əsərlərini də layihə üçün bəxş edib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19

