Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xalqa sevgi və xalqın sevgisi

Xalqa sevgi və xalqın sevgisi

24.09.2016 [09:54]

Bu günlərdə Qusar rayonunun ictimai-siyasi, mədəni, iqtisadi həyatında fəallığı ilə seçilən bir qrup rayon ziyalısı, xüsusən rayon veteranlar və ağsaqqallar şuralarının üzvləri müstəqilliyimizin 25 illiyi ərəfəsində Bakıya səfər etmək, burada Ulu öndər Heydər Əliyevin adı ilə, müstəqillik tariximizlə bağlı məkanlara baş çəkmək təşəbbüsü qaldırıb. Rayon rəhbərliyi onların bu arzusunu gerçəkləşdirmək üçün yol, nəqliyyat problemlərinin həllinə köməklik göstərib.
Əmək, müharibə, Silahlı Qüvvələr veteranlarından, iqtisadiyyat qabaqcıllarından, alim və ziyalılardan ibarət böyük bir qrup paytaxt səfərinə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayıb.
Səfər iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoymaqla Onun xatirəsini ehtiramla anıblar.
Sonra oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları ziyarət olunub.
Daha sonra Şəhidlər xiyabanına gələn Qusar ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarlarının üzərinə çiçəklər düzüblər.
Şəhərin ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara burada görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar verilib.
Həmin gün Heydər Əliyev Mərkəzinə də ekskursiya təşkil olunub. Öz əsrarəngiz, möhtəşəm dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən, Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Veteran və ağsaqqallar Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektlərini virtual formada izləmək imkanından yararlanıblar.
Ekskursiyaçılar Heydər Əliyevin muzeydə təqdim olunan hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr, həmçinin nümayiş etdirilən eksponatlarla da əyani şəkildə tanış olublar.
Daha sonra Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkına gələn qusarlılar Bayraq meydanına üz tutublar. Burada onlara məlumat verilib ki, 20000 m2 ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayraq meydanının muzeyində qədim Azərbaycanın bayraqları - həmçinin Prezidentin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və başqa qurumların bayraqları qorunub nümayiş etdirilir.
Ekskursiya iştirakçılarının bir neçəsindən təəssüratlarını bölüşməyi xahiş etdik.
“Tərəqqi” medallı əmək veteranı Mehrəli Məmmədəliyev: “Bakıya çox vaxt ev, ailə, məişət qayğılarını yoluna qoymaq üçün gəlmişik. Bu dəfə həmyaşıdlarımla qrup halında səfərimiz çox maraqlı alındı. Gördüklərini kiminləsə bölüşmək, paylaşmaq ehtiyacı duyulur. Təbii, Bakıda ilk ziyarət yerimiz Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarı oldu. Çünki Onun adı, yorulmaz fəaliyyəti Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi ilə əbədi bağlıdır. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində bu illər ərzində müşahidə edilən dirçəliş, inkişaf məhz Onun müdrik siyasəti nəticəsində mümkün olmuşdur.
Azərbaycanın elə bir guşəsi tapılmaz ki, Heydər Əliyevin adı ilə bağlı xoş xatirələri olmasın. Qusarda Ona bəslənən sevgi, Ona olan məhəbbət heç vaxt azalmayacaq, heç vaxt tükənməyəcək, bitməyəcək!”
Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Kamal Abdullayev: “Bu gün böyük nailiyyətlər qazanırıq. Bunun üçün Ulu Heydər Əliyevə borcluyuq. Çünki Azərbaycanı uğura aparan yol Heydər Əliyevin ideyalarıdır, bu ideyalara Onun layiqli davamçısı olan Prezident İlham Əliyev cənablarının sadiqliyidir. Azərbaycan bu gün aydın bir yolla öz parlaq sabahına doğru inamla addımlayır. Bu yol Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yoldur”.
Qusar rayon Ağsaqqallar Şurasının sədri Vahid Mehdixanov: “Bakı müstəqillik illərində böyük inkişaf yolu keçib. Onun inanılmaz şəkildə dəyişməsini, gözəlləşməsini görəndə heyrətlənməmək mümkün deyil. Bu, bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənən Heydər Əliyev siyasi kursunun nəticəsidir.
Qarşıda bizi mühüm siyasi kampaniya - bu ayın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendum gözləyir. Referendum mühüm konstitusion dəyişikliyi nəzərdə tutmaqla, böyük islahat proqramına gedən yoldur. Bu, Prezident İlham Əliyevin iradəsidir. Dövlət başçısı Azərbaycanı daha güclü və qüdrətli, inkişaf etmiş görmək istəyir. Rayon sakinləri olan hər bir vətəndaşımız bu istəyin aliliyini anlayır və dəyərləndirir”.
Əməkdar mədəniyyət işçisi İmran Rzayev: “2016-cı il ölkəmizdə “Multikulturalizm ili”dir. Həmyerlilərimin paytaxta növbəti səfərini Bakıda, eləcə də Qusarda ilboyu keçirilən tədbirlərin davamı kimi də dəyərləndirmək olar.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Öz qüdrətli əlləri ilə Azərbaycanı odun içindən xilas etdi, nurlu sabahlara doğru gedən istiqlal yoluna çıxardı və milli istiqlalımızın əbədiyyətini təmin edən azərbaycançılıq fəlsəfəsini - istiqlal məfkurəsini dövlət ideologiyası kimi təsbit etdi”.
Texnika elmləri doktoru, professor Əşrəf Balamətov: “Ədalətli və müdrik rəhbər olan Heydər Əliyev yaxşı başa düşürdü ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi dövlətin formalaşdırılması ən mühüm şərtlərdən biridir.
İndiki şəraitdə Azərbaycan artıq multikultural və tolerantlıq dəyərlərinin inkişaf etdiyi bir məkana çevrilmişdir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birini təşkil edir. Bütün bunlar isə multikulturalizm və tolerantlıq siyasəti sahəsində Ümummilli lider Heydər Əliyev uzaqgörənliyinin əməli nəticəsidir”.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31