Qaradağ rayonunda ümumxalq səsverməsi şəffaf və demokratik şəraitdə keçirilib
27.09.2016 [10:33]
Rayonun ərazisində yerləşən seçki məntəqələrində səsvermənin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb
Dünən respublikanın hər yerində olduğu kimi, Qaradağ rayonunda da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) saat 08:00-da başlayıb. Rayon ərazisində 11 saylı Qaradağ birinci və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələrinin əhatə etdiyi məntəqələrdə ümumilikdə 70875 nəfər seçici qeydiyyatdadır. Onlardan 45016 nəfəri 11, 25859 nəfəri isə 12 saylı Seçki Dairəsindədir. Rayon ərazisində yerləşən seçki məntəqələrində səsvermənin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Bunu prosesi müşahidə edən müşahidəçilər də vurğulayıblar. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə edən müşahidəçi Azər Hüseynov da prosesin seçici fəallığı ilə davam etdiyini söyləyib. Onun sözlərinə görə, seçki məntəqələri açılan andan etibarən seçicilər məntəqəyə gələrək sərbəst şəkildə Konstitusiya dəyişikliklərinə öz münasibətlərini ifadə ediblər.
9 saylı məntəqədə müşahidəçi Kəmalə Güləhmədova səsvermənin gedişindən razılığını ifadə edib. Onun sözlərinə görə, seçicilərin azad şəkildə təklif olunan dəyişikliklərə öz mövqelərini bildirmələri üçün tam azad və demokratik şərait yaradılıb.
Həmin məntəqədə müşahidəçi Aynur Hüseynzadə seçici fəallığının qənaətbəxş olmasını, seçicilərin Konstitusiya dəyişikliklərinə öz fikirlərini ifadə etmək üçün məntəqəyə gəldiklərini söyləyib.
11 saylı məntəqədə “exit-poll” həyata keçirən “OpinionWay” təşkilatının təmsilçiləri İntizam Həmidov və Toğrul Babalı da prosesdən və vətəndaşların fəallığından razılıqlarını bildiriblər.
11 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Xanımgül Hüseynova, 14 saylı Məntəqə Seçki Komissiyasının sədri Zakir Məlikov, 37 saylı Məntəqə Seçki Komissiyanın sədri Malik Qasımov və 15 saylı MnSK sədri Hüseyn İsrafilzadə səsvermə prosesinə səhər saat 8-də qutuların açılması ilə start verildiyini, prosesin şəffaf və qanunamüvafiq şəkildə həyata keçirildiyini və seçicilərə tam sərbəst və azad mühit yaradıldığını vurğulayıblar. Qeyd olunub ki, bu məntəqələrdə səsvermənin gedişini izləyən müşahidəçilər prosesdən razılıqlarını bildiriblər.
Bu dairələr üzrə səsvermə məntəqələrinə baş çəkərək prosesin gedişi ilə maraqlanan “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Mixail Zabelin qəzetimizə açıqlamasında qeyd edib ki, səsvermə prosesi mütəşəkkilliklə və demokratik prinsiplərə uyğun həyata keçirilib. O, seçicilərin sərbəst şəkildə öz münasibətlərini ifadə etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq, insanların prosesə marağının da qənaətbəxş olduğunu söyləyib: “Artıq saat birə qədər, demək olar ki, bir çox məntəqədə qeydiyyatda olan seçicilərin yarısı səsvermədə iştirak edib. Günün sonuna qədər bu göstəricinin daha da artacağı şübhə doğurmur. Mən inanıram ki, Konstitusiyaya təklif olunan bu dəyişikliklər Azərbaycanın daha da inkişafına xidmət edəcəkdir”.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə deyib ki, bu referendum Azərbaycanın inkişaf tarixində çox mühüm bir mərhələni təşkil edir. Ona görə də seçicilərin belə yüksək fəallığı sevindiricidir. Bəhruz Quliyev vurğulayıb ki, müşahidə apardıqları bütün məntəqələrdə səsvermə tam demokratik və şəffaf təşkil olunub, seçicilərin azad şəkildə öz mövqelərini ifadə etmələri üçün hər cür şərait mövcuddur.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Aydın Hüseynov da rayon ərazisinin əhatə etdiyi məntəqələrdə prosesin yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin qanuna müvafiq və beynəlxalq standartlara uyğun uğurla həyata keçirildiyini söyləyib. Səlahiyyətli nümayəndə Aydın Hüseynov seçici fəallığının da qənaətbəxş olduğunu bildirib.
11 saylı Qaradağ birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən müşahidəçilər Rüxsarə İbrahimova, Büllurə Vəliyeva və Arzu Fərəcova bu məntəqə üzrə səsvermə zamanı hər hansı bir qanun pozuntusuna rast gəlmədiklərini, səsvermənin tam qanuni əsasda və seçici fəallığı şəraitində keçirildiyini söyləyiblər.
Seçicilərdən Natalya Paramanova və Lyudmila Paramanova Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı geniş məlumatlı olduqlarını, ölkəmizin daha yüksək inkişafı və xalqımızın firavanlığı naminə bu dəyişiklikləri dəstəklədiklərini bəyan ediblər. Digər seçicilər İqbal Ağayev və Çingiz Qəribov isə seçicilərin azad şəkildə öz mövqelərini ifadə etmələri üçün yaradılan şəraitdən razılıqlarını bildirərək ailəlikcə gəlib səsvermədə iştirak etdiklərini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

