Bu ilin 9 ayı ərzində Tərtərdə tikinti-quruculuq işləri davam etdirilib
21.10.2016 [09:58]
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib
Tərtər rayonunda 2016-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Rayondakı Gənclər Mərkəzində keçirilən yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib.
Qeyd edilib ki, erməni silahlı birləşmələrinin bu ilin aprel ayında artilleriya zərbələri nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, elektrik, su, rabitə təsərrüfatına, əhalinin mal-qarasına və digər əmlaklarına ziyan dəyib. Lakin zərər çəkmiş yaşayış evləri Prezident İlham Əliyevin Sərəncamı ilə təmir-bərpa olunaraq sakinlərin istifadəsinə verilib.
Eyni zamanda, erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara baxmayaraq, rayonun sosial-iqtisadi inkişafı, tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib. Belə ki, 2016-cı ilin doqquz ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 108,5 milyon manat təşkil edib.
Hesabat dövründə Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad hissəsi və girişləri suvanaraq rənglənib. Heydər Əliyev prospektində, E.Hüseynov, F.Qulami, Ş.Qurbanov, M.Mahmudov, V.Hüseynov, F.Əmirov, R.Mürsəlov küçələrində ümumi uzunluğu 8 kilometr olan yollara asfalt örtüyü çəkilib. E.Hüseynov küçəsində ümumi uzunluğu 4 km olan yeni səkiyə daşlar-bardyor düzülüb, kommunikasiya xətləri qaydaya salınıb, küçə genişləndirilib, küçə boyu yaşıllıq zolağı salınıb, küçə gecə işıqlanması ilə təmin olunub. Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllələrdə 2 ədəd idman meydançası tikilib istifadəyə verilib. Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni binaların tikintisi başa çatıb. Goranboy-Tərtər avtomobil yolunun Sarov kəndi ərazisində, İncə çayı üzərində yeni körpünün tikintisinə başlanılıb.
2016-cı ilin 9 ayı ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 30 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib, Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb.
Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının və şahmat məktəbinin inşasında son tamamlama işləri aparılır, tarix-diyarşünaslıq muzeyinin və mühüm strateji əhəmiyyətə malik 18051 nəfər əhalisi olan, rayonun 19 yaşayış məntəqəsini birləşdirən, Sarıcalı kəndi ərazisində, Tərtər çayı üzərində uzunluğu 106 metr, eni 11,5 metr olan 3 aşırımlı yeni körpünün tikintisi, həmçinin “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir.
Aqrar sahədə əldə olunan uğurlara gəlincə, hesabat məruzəsində qeyd edilib ki, bu ilin 9 ayı ərzində 43,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çoxdur. Cari ildə rayonda 1035 hektar pambıq becərilib. Hazırda tarlalarda məhsul yığımı davam edir. 2017-ci ildə 3000 hektar sahədə pambıq, 2000 hektarda şəkər çuğundurunun əkilməsi, 20 ton barama istehsalı nəzərdə tutulub. Baramaçılığın gələcəkdə inkişaf etdirilməsi üçün rayonda 120 min ədəd çəkil tingi əkiləcək. 2017-ci ildə illərdən bəri istifadə olunmayan 300 hektar sahədə bağçılığı inkişaf etdirmək məqsədi ilə xurma, fındıq, zeytun, badam və nar bağlarının salınması planlaşdırılıb.
Bundan başqa, həyata keçirilən tədbirlər nəticəsində rayonda 2134 ton diri çəkidə ət, 15,3 min ton süd, 7 milyon 670 min ədəd yumurta, 125 ton yun və son 20 ildə ilk dəfə 959 kiloqram barama istehsal edilib. İribuynuzlu mal-qaranın sayı 26,7 min başa, xırdabuynuzlu mal-qaranın sayı 73,1 min başa çatıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonda son 10 ildə 123 subartezian quyusu qazılıb istifadəyə verilib. Sərsəng Su Anbarından ermənilər tərəfindən əkin, səpin və becərmə işləri zamanı suvarmada çətinliklər yaradılsa da, həmin artezianlar vasitəsi ilə təsərrüfatlarda su qıtlığı xeyli aradan qaldırılıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb. Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov yığıncaqda çıxış edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

