“Regional İnkişaf” İctimai Birliyinin Şəki Regional Mərkəzi yaradılıb
25.10.2016 [09:59]
Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) daha bir regional mərkəzi yaradılıb. Şəki şəhərində ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə keçirilən iclasda RİİB sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri və ötən müddət ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, İctimai Birliyin başlıca məqsədi vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoq yaratmaq, ictimai nəzarət mexanizmini gücləndirmək, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək verməkdir.
Qeyd olunub ki, təşkilatın bu günədək Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Aran-1, Aran-2 regional mərkəzləri yaradılıb. Yeni fəaliyyətə başlayan Şəki Regional Mərkəzi isə Şəki, Qəbələ, Zaqatala, Qax, Oğuz, Balakən rayonlarını əhatə edəcək. Regional mərkəz Şəki şəhərində yerləşəcək.
RİİB-in işində könüllülərin fəal iştirak etdiyini deyən Məhəmməd Abdullayev Şəki rayonunun ictimaiyyətini, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər irəli sürməyə, bununla da yaşadıqları regionun, rayonun və ya kəndin həyatına öz töhfələrini verməyə çağırıb.
Tədbirdə çıxış edən rayon ağsaqqalları və gənclər Heydər Əliyev Fondunun bu günədək Şəkidə müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən danışıblar. Eyni zamanda, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”ndə Şəki sənətkarlarının iştirakının, Şəkinin qədim mədəniyyətinin, mətbəxinin Avropanın mərkəzində təqdim edilməsinin onlarda qürur hissi yaratdığı qeyd olunub. İctimai Birliyin gördüyü işləri təqdirəlayiq hesab edən rayon sakinləri təşkilatın fəaliyyətinə hər cür dəstək göstərəcəklərini bildiriblər.
Diskussiya formasında keçən tədbirdə rayonda istedadlı gənclərə dəstək və bununla bağlı təlim mərkəzinin yaradılması, şagirdlər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi baxımından tədbirlərin keçirilməsi, rayonun fransız dili müəllim və tələbələrinin ixtisaslarının təkmilləşdirilməsi məqsədi ilə Fransaya səfərlərin təşkili, elmi kitabxanaların yaradılması və digər istiqamətlərdə təkliflər müzakirə olunub.
Tədbirdən sonra “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri Şəki rayonunun İnçə, Biləcik, Qax rayonunun Tasmalı, Lələpaşa, Qarabaldır, Zəyəm kəndlərində və Zaqatala şəhərində sakinlərlə görüşlər keçiriblər. Görüşlərdə sakinlərin problem və təklifləri dinlənilib. Sakinlər “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edərək Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50

