Yohannes Şnelle: Azərbaycanın Gənc Dostları Klubunun geniş sosial bazası formalaşıb
01.11.2016 [09:37]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü - Almaniyanın Humboldt Universitetinin məzunu Yohannes Şnellenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir. “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi - bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni töhfələr verirlər.
Yohannes Şnelle: “Azərbaycan haqqında qiyabi bildiklərimin əyani təsdiqini tapması üçün beynəlxalq multikulturalizm yay məktəbində iştirakım mənim üçün xüsusi fürsət yaratdı. Bir ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrini yaxından öyrənmək üçün ən yaxşı yol bunu öz gözlərinlə görməkdir. Bu baxımdan Azərbaycanı tanımaq üçün yay məktəbində iştirak etdiyim 10 gün mənim üçün çox əhəmiyyətli oldu və yaddaşımda dərin izlər buraxdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinin xaricdə intellektual dostlarının çoxalması naminə mütəmadi olaraq yay və qış multikulturalizm məktəblərinin təşkilinə şərait yaratmasının bu ölkənin unikal multikulturalizm modelinin təbliği və təşviqi istiqamətində çox əhəmiyyətli addım olduğu qənaətindəyəm. Bu, çox təsirli və önəmli metoddur.
Beynəlxalq multikulturalizm yay məktəbi layihəsi müddətində səfərlər və mühazirələrdə Azərbaycanda mövcud olan etnik qruplar, dini konfessiyalar haqqında öyrənməklə yanaşı, mən burda həm də çoxlu maraqlı insanlarla tanış oldum. Yeni dostlarımın sırasında azərbaycanlılar da az deyil. Bir ölkəni onun xalqı vasitəsi ilə tanımaq əvvəlki biliklərinə yeni cizgilər, təzə rənglər qatmaq deməkdir.
Azərbaycanın milli rəngarəngliyi haqqında əsas anlayışım var idi. Səfər zamanı isə bu anlayışların həqiqiliyi bir daha mənim üçün isbatlandı. Yay məktəbi müddətində mühazirələr içində mənə ən çox təsir edən Azərbaycan musiqisi haqqında mühazirə olub. Xüsusilə Azərbaycanda rok musiqisinin mövcud olması məni çox təəccübləndirmişdi. Amma görünür ki, bu janr burda və xaricdə layiq olduğu kimi tanınmır.
Burda olduğum müddətdə Bakı şəhərini çox sevdim. Bakı özünəməxsus memarlıq üslubları və dövrlərin təzadlı qarışıqlığı, öz canlı, küləkli küçələri ilə səfərimin ən təsiredici hissəsi olub.
Yay məktəbində diqqətimi çəkən ən maraqlı mühazirə terrorizm və onun multikulturalizm ideyasına qarşı yaratdığı təhlükə haqqında olub. Bildiyimə görə, bu ideya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən gəlib və Mərkəz “Terror multikulturalizmə qarşı” adlı mühüm bir layihə həyata keçirir. Bu geniş ad altında həyata keçirilən layihənin əhəmiyyəti odur ki, gələcəkdə multikulturalizm və terror kimi anlayışları qarşı-qarşıya qoyaraq müxtəlif dövlətlərin öz siyasi yolunu müəyyənləşdirərkən bunların hansına üstünlük verməsi ideyasının aydın şəkildə ortaya çıxmasına imkan verər.
“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin yaranması özlüyündə çox əhəmiyyətli addımdır və qurumun fəaliyyəti üçün artıq çoxdan geniş sosial baza formalaşıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi mütəmadi yay və qış məktəblərinin “mənəvi övladı” sayıla biləcək birlik bu gün ətrafında onlarla Azərbaycansevər dostu birləşdirir. Mən də bu dostların sırasında olduğum üçün məmnunam. Düşünürəm ki, Azərbaycan xalqı ölkə ərazisində əsrlərdir mövcudluğunu sürdürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, tayı-bərabəri olmayan multikultural dəyərləri, unikal multikulturalizm modeli ilə hər cür hörmətə və məhəbbətə layiqdir.
Şübhəsiz, Azərbaycanın tarixi, dili, mədəniyyəti, eləcə də multikulturalizm modeli haqqında olan biliklərimi və araşdırmalarımı daha da genişləndirməyi, gələcəkdə bu mövzuda magistr işi üzərində çalışmağı planlaşdırıram”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

