Azərbaycançılıq dünya azərbaycanlılarının vahid ideologiyasına çevrilib
02.11.2016 [09:55]
Hazırda dünyada bir sıra xalqlar fiziki müstəqilliyə malik olsalar da, onlar heç də mənəvi və tam müstəqilliyə malik deyillər. Çünki həmin xalqların söykəndiyi vahid ideologiya yoxdur. İdeologiyası olmayan bir dövlətin uzunömürlü olması isə mümkün deyil.
Bildiyimiz kimi, Azərbaycançılıq termini ölkənin siyasi həyatında yaxın illərdən başlayaraq istifadə olunur. BU, lap əvvəldən ölkədə yaşayan bütün etnik qrup və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü. Sonralar bu ideya ölkədə geniş dəstəkləndi, yeni elementlər və strukturlarla dolğunlaşaraq ideologiya xüsusiyyəti kəsb etdi.
Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil edirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ideoloji siyasətinin ana xətlərindən birinə çevirərkən ilk növbədə tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə istifadə etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı. Nəticədə Azərbaycançılıq ümummilli ideyaya və dünya azərbaycanlılarının vahid ideologiyasına çevrildi.
Azərbaycançılıq ideologiyası milli dövlətçilik ideologiyası kimi mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni hər hansı bir mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün unikal vasitədir. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir.
Azərbaycançılıq əsrlər boyu eyni bir ərazidə yaşayan, ümumi psixoloji cəhətlərə malik, oxşar sosiomədəni dəyərlərin daşıyıcısı olan xalqların, etnik birliklərin tarixi müəyyənləşmə formasıdır. Onun hədəfi Azərbaycanda yaşayan bütün əhali qrupları arasında həmrəyliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsindən, vahid Vətən ruhunun müdafiəsindən ibarətdir. Real müstəqillik, demokratik normalara söykənən stabillik və ictimai tərəqqi bu prinsipdən kənarda mümkün deyil.
Azərbaycançılıq yüksək milli nizam-intizamın, dövləti şüurun, birgəyaşayış və birgəfəaliyyət mədəniyyətinin həm səbəbi, həm də nəticəsidir. Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur. Bu ideologiya, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir.
Müasir mərhələdə qloballaşma milliliyə məxsus ən aparıcı keyfiyyətlərə güclü təsir edərək onu sıradan çıxarmağa meyillidir. Odur ki, qloballaşmanın fəsadlı təsirindən qorunmaq üçün milli ideologiyanın təbliği xüsusi əhəmiyyət daşıyır. Buna görə də hər bir azərbaycanlı Vətən, xalq və millət qarşısında özünün mənəvi borcunu şərəflə yerinə yetirməlidir. Dünyanın hansı guşəsində olmağımızdan, hansı məqsədə qulluq etməyimizdən asılı olmayaraq, Azərbaycan üçün əsl azərbaycanlı kimi nəsə etməyə çalışmaq və ya bunu etmək istəyən soydaşlarımıza dəstək vermək hər birimizin həyat şüarı, ən müqəddəs vəzifəsi olmalıdır. Diaspor təşkilatları tərkibində, tələbə qruplarında, internet bloqlarında, sərhəddə, kitabxanada, təhsildə, tibbdə, siyasətdə, elmdə bu xalqın, bu Vətənin adının ön sıralarda səslənməsi bu Vətənin övladlarından - Azərbaycan üçün əsl azərbaycanlı kimi düşünən və çalışanlardan asılıdır.
Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun ən üstün hissəsini vurğulamışdır: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Bir sözlə, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirərək, uğurlu bir gələcəyə, onların daha sıx həmrəyliyinə, güclü və inkişaf etmiş Azərbaycan dövlətçiliyinə xidmət edir.
Elburus Edilov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının I kurs magistr tələbəsi
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

