QHT-lərin səmərəli fəaliyyəti üçün daha bir mühüm addım
03.11.2016 [09:55]
Xarici donorlar tərəfindən qrantların verilməsində “bir pəncərə” sisteminin tətbiq olunması böyük əhəmiyyət kəsb edir
Məlum olduğu kimi, Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında Fərman imzalayıb. Fərmanda bildirilir ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb.
Fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə imzalanıb. Fərmana əsasən 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq ediləcək.
Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilib.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dövlət başçısının bu Fərmanının əhəmiyyətli olduğunu deyib. H.Rəcəbli qeyd edib ki, xarici donorlar tərəfindən qrantlar daha çox üçüncü sektora verilir. Onun sözlərinə görə, demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, ölkəmizdə vətəndaş cəmiyyəti uğurla inkişaf edir: “Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı (QHT) dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. Bu addım ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır”.
Komitə sədri qeyd edib ki, 10-15 il əvvəl bir çox yerli QHT-lər xaricdən maliyyə dəstəyi alırdılar və bu da onların asılılığına da səbəb olurdu. Onun sözlərinə görə, müəyyən xarici qüvvələr QHT-lərdən öz məqsədləri üçün də istifadə edirdilər. Amma üçüncü sektora dövlət dəstəyinin gücləndirilməsi bu problemi əhəmiyyətli dərəcədə azaltdı. “Dövlət başçısının Fərmanı isə xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması və şəffaflığın təmin olunması baxımından olduqca önəmlidir”, - deyə H.Rəcəbli vurğulayıb.
Millət vəkili Sevinc Hüseynova da bildirib ki, Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var. Onun sözlərinə görə, Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması üçüncü sektor adlanan vətəndaş cəmiyyətinin də inkişafını özündə ehtiva edir: “Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas hüquqi sənəd 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Bundan başqa, 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətli rol oynadı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirdi. Eləcə də qanunların müvafiq olaraq təkmilləşdirilməsi də bu sahədə inkişafı şərtləndirən amillərdən biridir. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Şuranın yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi”.
Millət vəkili qeyd edib ki, ölkə Prezidentinin Fərmanı QHT sektorunun səmərəli fəaliyyəti və xarici donorlar tərəfindən verilən qrantların təyinatı üzrə xərclənməsi baxımından mühüm önəm daşıyır.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, ölkə Prezidentinin Fərmanı milli qeyri-hökumət təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bu məsələnin hökumət-vətəndaş cəmiyyəti dialoq platformasında da geniş müzakirə olunduğunu xatırladan R.Zeyninin sözlərinə görə, dövlət başçısının imzaladığı sənəd üçüncü sektorun beynəlxalq əməkdaşlığında yeni mərhələnin başlanmasına əsas yaradır: “Fərman qrantların alınmasında “bir pəncərə” sisteminin tətbiq olunması, şəffaflıq baxımından çox mühümdür. Düşünürəm ki, yeni mərhələdə QHT-lərin daha geniş fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin inkişafına daha çox xidmət etmək baxımından yeni imkanlar yaranır. Ona görə biz Milli QHT Forumu olaraq dövlət başçısına təşəkkürümüzü bildiririk”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

