“Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib
09.11.2016 [00:14]
Noyabrın 8-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər.
Yarışın açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandası iştirak edir.
Bu yarışın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edən Anar Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu qeyd edib. O bildirib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafı Ulu öndər Heydər Əliyev üçün əsas məsələlərdən biri olub. Bu gün müasir Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır. Prezident İlham Əliyev ölkəmizi ən yüksək arenalarda tanıtdırır.
Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi indiyədək çoxsaylı tədbirlər keçirməklə Heydər Əliyev irsinin öyrənilməsinə öz töhfəsini verib. Qeyd edilib ki, yarışa hazırlıq məqsədilə tələbələr Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.
Heydər Əliyev Mərkəzinin direktoru bilik yarışının Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini söyləyib, Azərbaycan xalqını və komandaların üzvlərini bayram münasibətilə təbrik edib. O xatırladıb ki, məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edib. 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı elan edilib. Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına uyğun olaraq, Bakıda Dövlət Bayrağı Meydanı inşa olunub və 2010-cu il sentyabrın 1-də onun təntənəli açılış mərasimi keçirilib. Bu gün həmin meydan həm Azərbaycanın gözəl guşələrindən biri, həm də hər bir azərbaycanlının qürur yeridir.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun mühüm rolunu qeyd edib. Bildirilib ki, məhz Fondun fəaliyyətinin nəticəsi olaraq iki il əvvəl pilot kimi bir neçə məktəbdə icrasına başlanılan məktəbəqədər təhsil layihəsi artıq bütün dövlət ümumtəhsil müəssisələrində həyata keçirilir.
Artıq üçüncü ildir ki, Heydər Əliyev Mərkəzi ilə birgə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışını həyata keçirdiklərini deyən nazir Azərbaycan tarixində Ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu qeyd edib.
Nazir bildirib ki, belə yarışlar tələbələrin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz karyeralarında uğur qazanmalarına kömək edir. Ötən illərdəki yarışların çox ədalətli və gərgin keçdiyini deyən M.Cabbarov əmin olduğunu bildirib ki, bu il də belə yarışmanın şahidi olacağıq. Ən güclü və ən layiqli gənclər qalib gələcəklər.
Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı başlayıb.
Yarış üç turda keçirilib və hər turda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib.
“Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandaları iştirak edib. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nümayəndələri təmsil olunub.
Qalib komandalar üç tur üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Birinci yerə Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yerə Dövlət Sərhəd Xidməti Akademiyası, üçüncü yerə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası layiq görülüb. Qalib komandalar mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

