Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin fəaliyyətinə hər cür dəstək göstərir
12.11.2016 [01:00]
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə televiziya və radio işçilərinin təltif olunması bu diqqət və qayğının nümunəsidir
Məlum olduğu kimi, Azərbaycan dövləti mətbuat və söz azadlığının qorunması, KİV-in maddi-texniki bazasının gücləndirilməsi və media nümayəndələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində uğurlu siyasət həyata keçirir. Kütləvi informasiya vasitələrinin inkişafının və daha səmərəli fəaliyyət göstərməsinin şərtlərindən birinin də dövlət orqanları ilə media arasında münasibətlərin səmərəli şəkildə qurulması olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti bu istiqamətdə mühüm addımlar atır. Digər tərəfdən, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkədə mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə hərtərəfli dövlət qayğısı göstərilməsi ilə yanaşı, jurnalistlərin öz peşə fəaliyyətlərini sərbəst şəkildə həyata keçirmələrinə də lazımi şərait yaradılıb və bütün hüquqi təminatlar verilib. Azərbaycanda KİV-ə dövlət qayğısından danışarkən onu da vurğulamaq yerinə düşər ki, məhz bu qayğının nəticəsində ölkəmizdə azad sözün inkişafında özünəməxsus rolu olan yazılı və elektron KİV-lərin yubileyləri yüksək səviyyədə təşkil olunur, həmçinin dövlət başçısının müvafiq sərəmcamları ilə KİV təmsilçiləri, o cümlədən televiziya və radio işçiləri təltif olunurlar, onlara fəxri adlar, müxtəlif dövlət mükafatları verilir.
Bu məqamda qeyd edək ki, hər il noyabrın 6-sı ölkəmizdə televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu il isə həmin tarix Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə təsadüf edib və bu münasibətlə noyabrın 3-də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi keçirilib. Eyni zamanda, dövlət başçısı noyabrın 7-də Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında, televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin bu addımı KİV nümayəndələri, o cümlədən təltif olunmuş şəxslər tərəfindən yüksək qiymətləndirilir.
Məsələn, dövlət başçısının Sərəncamı ilə “Xalq artisti” adına layiq görülmüş tanınmış diktor, uzun illər Azərbaycan Dövlət Radiosunda çalışmış Eldost Bayram göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Azərbaycanlı olduğum və bu fəxri ada layiq görüldüyüm üçün çox fərəh hissi keçirirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çox təşəkkür edirəm ki, zəhmətimizi yüksək qiymətləndirdi. Əməyin bəhrəsini görəndə həyat daha da gözəlləşir. 40 ildən çoxdur ki, Azərbaycan efirində sədaqətlə xidmət edirəm. Sevincimə qoşulan dinləyicilərimə, ailəmə, dostlarıma çox minnətdaram”.
Məlumat üçün bildirək ki, tanınmış sənətkar E.Bayram 1970-ci ildə Azərbaycan Dövlət Radiosunda diktor kimi fəaliyyətə başlayıb. Təkrarsız səs tembrinə və səlis diksiyaya sahib olan E.Bayramın səsi radionun “Qızıl fondu”na daxil edilib. Onlarla gəncə öz sənətinin sirlərini öyrədib, o cümlədən onların efir qaydalarını mənimsəməsində əvəzsiz rol oynayıb. Ölkə Prezidentinin hər zaman jurnalistlərə qayğı göstərdiyini deyən E.Bayram qeyd edib ki, bu sahədə dövlətin və dövlət başçısının diqqətini həmişə hiss edib. Belə ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalına və “Əməkdar artist” adına layiq görülüb.
Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülən jurnalistlərdən biri də “APA TV”nin xəbərlər şöbəsinin müdir müavini Nəsimi Nəbizadədir. 20 ildir ki, fəaliyyət göstərən Əməkdar jurnalistin dediyinə görə, bu mükafat onun üçün gözlənilməz olub: “Keçirdiyim hissləri dilə gətirmək çox çətindir. Sadəcə, onu yaşamaq lazımdır. Mənim üçün bu mükafatın dəyəri həm də ona görə böyükdür ki, noyabrın 7-si ilk dəfə efirə çıxmışam və bu, indi dünyada olmayan atamın doğum gününə təsadüf edir. Mükafata layiq görülən bütün həmkarlarımı təbrik edirəm. Öz növbəmdə, məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyü üçün cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

