Mətbuat Şurasında İRNA agentliyinin icraçı direktoru ilə görüş keçirilib
18.11.2016 [10:13]
Noyabrın 17-də Azərbaycan Mətbuat Şurasında media nümayəndələrinin İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan ilə İran arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu münasibətlərin media sahəsinə daha çox sirayət etməsinin vacibliyini qeyd edib. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər münbit zəmin var. Rəhbərlik etdiyi qurumla İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında imzalanmış memoranduma diqqət çəkən Ə.Amaşov əmin olduğunu bildirib ki, bu sənəd İranın və Azərbaycanın kütləvi informasiya vasitələri arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcək. “Noyabrın 4-dən 10-dək Tehrana səfərim çərçivəsində keçirdiyim görüşlər qarşılıqlı əməkdaşlığımızın möhkəmlənməsi üçün kifayət qədər müsbət məqamlarla yadda qaldı. Tehranda olarkən Məhəmməd Xodadi ilə də söhbətimiz oldu. Bu gün o, bizim qonağımızdır. Fürsətdən istifadə edib ona, eləcə də İrana səfərimin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirirəm”, - deyə Mətbuat Şurasının sədri qeyd edib.
Ə.Amaşov İRNA-nın icraçı direktoru M.Xodadiyə Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.
M.Xodadi Azərbaycan və İran xalqları arasında tarixi dostluq əlaqələrinin yaşadılmasının zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdə fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyac duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna mahiyyət daşıdığını bildirən icraçı direktor digər sahələrdəki inkişafda da informasiya amilinin həllediciliyinə diqqət çəkib.
M.Xodadi rəhbərlik etdiyi agentliyin Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa hər zaman hazır olduğunu deyib. O, həmçinin İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Cavad Cahangirzadənin ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, media sahəsində də əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Şuranın İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, “Assa İrada” informasiya agentliyinin direktoru Fazil Abbasov və başqaları çıxışlarında İran-Azərbaycan media əməkdaşlığının vacibliyini əsaslandıran cəhətlərə diqqət yetiriblər. Onlar qarşılıqlı təmasların indiyədək əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək, ortaq problemlərə vahid prizmadan yanaşmaq baxımından mühüm önəm daşıdığını vurğulayıblar.
Görüşdə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı faktından danışılaraq İranın və Azərbaycanın media orqanlarının taleyüklü məsələlərdə haqq və ədalətin carçısı kimi çıxış etməsinin vacib tərəflərindən söz açılıb. Bildirilib ki, İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi ilə kifayətlənməməli, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər.
Səfir Cavad Cahangirzadə media nümayəndələri ilə görüşün Azərbaycanın Milli Dirçəliş Günündə baş tutmasını xoş təsadüf adlandırıb. O, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycanın regionda böyük nüfuz sahibi olduğunu vurğulayan səfir müasir dövrdə İran-Azərbaycan iqtisadi münasibətlərinin təkcə region deyil, bütövlükdə dünya üçün faydalı tərəflərini sadalayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57

