/ / Azərbaycan Texniki Universitetində İKT-nin müasir vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub
Azərbaycan Texniki Universitetində İKT-nin müasir vəziyyəti və inkişafı perspektivləri müzakirə olunub
24.11.2016 [09:58]
Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov konfransın əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf ənənələri, perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır.
Konfransda həmçinin, Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə və digər çıxış edənlər İKT sektorunun çoxşaxəli inkişafının vacibliyini vurğulayıb, bu sektorun inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıblar.
İşini bölmə iclasları ilə davam etdirən konfransda Türkiyənin “MilSOFT” şirkətinin təmsilçisi Tolqa Çelikin “Müdafiə sahəsində yeni informasiya texnologiyalarının tətbiqi - MilSOFT yanaşması”, AzTU-nun çoxkanallı telekommunikasiya sistemləri kafedrasının müdiri Mehman Həsənovun “İKT-nin inkişafı və innovativ texnologiyalara transformasiya mərhələləri” mövzularında məruzələri dinlənilib.
Noyabrın 25-dək davam edəcək konfransda müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

