Bakı Atatürk Litseyində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
13.12.2016 [09:37]
Dünən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Litseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan litseyin müdiri Musa Ediz bildirib ki, Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman bütün sahələr kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşıb: “Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi Fərman və sərəncamlar imzalayıb”.
Sonra litseyin müəllimi Müşfiq Əlizadə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Natiq qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib. Çıxışında SSRİ-nin süqutundan sonra azadlığına qovuşan Azərbaycanın müstəqilliyinin ilk illərində müxtəlif sahələrdə ağır böhrana məruz qaldığını xatırladan M.Əlizadə qeyd edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra istər daxili, istərsə də xarici maneələrə baxmayaraq, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu: “Eyni zamanda, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan mühüm uğurlar əldə edir”.
Anım tədbirində şagirdlərin ifasında Ulu öndərə həsr edilmiş şeirlər səsləndirilib, dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx nümayiş etdirilib. Həmçinin litseydə Ümummilli liderə həsr olunmuş fotostend təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

