“Azərbaycanın uğurları bizi çox sevindirir”
15.12.2016 [10:18]
Közhan Yazqan: Bakı Atatürk Litseyi nümunəvi təhsil müəssisəsi kimi Azərbaycanda fəaliyyətini hər zaman davam etdirəcək
Xəbər verdiyimiz kimi, dekabrın 3-də İstanbulda Türk dünyası sevdalısı Turan Yazqanın vəfatının dördüncü ildönümü və Turan Yazqan Türk Dünyası Böyük Ödülünün təqdimat mərasimi keçirilib. İstanbul Böyükşəhər Bələdiyyəsinin Əli Əmiri Mədəniyyət Mərkəzində baş tutan mərasimdə Qaqauz elinin qurucu prezidenti Stepan Topal, tatarıstanlı yazar və dövlət adamı Rinat Muhammediyev, Qazaxıstandan tanınmış akademik Bolat Mırzaliyev, Macar-Turan Vəqfinin rəhbəri Andras Zsolt Biro, eləcə də Türk dünyasının müxtəlif bölgələrindən, həmçinin Makedoniyadan olan tanınmış ziyalılar, elm, fikir adamları iştirak ediblər.
Türk Dünyası Araşdırmaları Vəqfinin dəvətlisi olaraq qatıldığım həmin tədbir çərçivəsində bu qurumun başqanı Közhan Yazqanla görüşüb istər Vəqfin və Bakı Atatürk Litseyinin gələcək fəaliyyəti, istərsə də Azərbaycanın Türk dünyasındakı mövqeyi ilə bağlı suallara cavab aldım. Qəzetimizə müsahibəsində öncə “Turan Yazqan həyatını türklüyə, Türk dünyasına həsr etdi. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir”, - deyən Közhan Yazqan bu Vəqfin daim var olması üçün çalışacaqlarını bildirib.
Türk dünyasının uşaqlarına xidmət etməkdən qürur duyuruq
Onun sözlərinə görə, Turan Yazqan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasını və Mustafa Kamal Atatürkün “Türk birliyinə inanır və onu görürəm” sözlərini özünə bayraq edərək mücadiləsini bu istiqamətdə davam etdirib: “Turan birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı, həmçinin Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Ulu öndərimiz Atatürk “türk birliyinə inanır və onu görürəm” demişdi. Turan Yazqan da bunu vəsiyyət olaraq qəbul etmişdi. Bu mənada atamın fikri belə idi ki, Atatürkün gördüyü türk birliyini hər bir türk gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır. Təbii ki, bu günümüzdə anladığımız bayraq birliyi deyil. Eyni zamanda, mədəni, iqtisadi birlikdir. Yəni İsmayıl Qaspıralının dediyi kimi, dildə, fikirdə, işdə birlikdir”.
Hazırda rəhbərlik etdiyi Vəqfin əsas fəaliyyət istiqamətlərindən birinin məhz Türk dünyasının gələcək idarəçiləri olan uşaqların sağlam və bilikli böyüməsinə yardım etməkdən ibarət olduğunu söyləyən Közhan Yazqan “Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən bu istiqamətdə çox gözəl işlər görülür. Biz Türk dünyasının uşaqlarına xidmət etməkdən, onları Türk dünyasının sağlam idarəçiləri kimi hazırlamaqdan qürur duyuruq. Bu istiqamətdə fəaliyyətimizə yorulmadan davam edəcəyik”, - deyib.
Məqsədimiz Bakı Atatürk Litseyi kimi məktəbləri türk coğrafiyasında yaymaqdır
Müsahibəsində Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyi ilə bağlı sualı da cavablandıran Közhan Yazqan “Bakı Atatürk Litseyi nümunəvi təhsil müəssisəsi kimi Azərbaycanda fəaliyyətini hər zaman davam etdirəcək. Türk Dünyası Araşdırmalar Vəqfinin durumundan asılı olmayaraq, bu litsey yaşamağa davam edəcək. Ən böyük məqsəd və hədəfimiz Bakı Atatürk Litseyi kimi məktəbləri türk coğrafiyasında yaymaqdır. Uşaqlara dildə, fikirdə, işdə birlik ideyalarını çatdıran məktəblərin Türk dünyasında yayılması çox önəmlidir”, - deyib.
Vəqfin başqanı həmçinin bildirib ki, Azərbaycanın müxtəlif yerlərində yeni məktəblər açmağı planlaşdırırlar: “Bakı Atatürk Litseyinin mərhum müdiri Ali Devrimlə bir çox planlar, həmçinin Azərbaycanın müxtəlif ərazilərində bölgə litseylərinin açılması planı üzərində işləyirdik. Ali hocamıza da bu məsələlərdə çox ehtiyacımız vardı. Allah rəhmət etsin. Onu da deyim ki, Azərbaycanın müxtəlif bölgələrində yeni məktəblər açmaq planı gündəmdədir. Turan hocamızın, Ali hocamızın ruhları şad olsun deyə, inşallah, bu ideyanı gerçəkləşdirəcəyik”.
Bundan başqa, Bakı Atatürk Litseyinin Türk Dünyası Araşdırmalar Vəqfinin Türkiyə ərazisində fəaliyyət göstərən litseyləri ilə qardaşlaşması layihəsi də davam edəcək: “Məlum olduğu kimi, İspartada fəaliyyət göstərən Turan Yazqan Litseyi ilə Bakı Atatürk Litseyi arasında qardaşlıq əlaqələri qurulub və önümüzdəki illərdə qarşılıqlı səfərlər olacaq. Həmçinin rəhmətlik Ali Devrimin müdir olduğu dönəmdə Aydındakı bir məktəblə qardaşlıq əlaqələrinin qurulması nəzərdə tutulurdu. Bu işi də davam etdirəcəyik”.
Azərbaycan Türk dünyasının parlayan ulduzu olmaqda davam edəcək
Sonda “Azərbaycanın uğurları bizi çox sevindirir” deyən Közhan Yazqan “Hazırda qardaş ölkə Azərbaycan öz inkişafına görə nəinki yerləşdiyi regionun, hətta Türk dünyasının lider dövlətidir desəm, heç də yanılmaram. Yəni müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycanın əldə etdiyi nailiyyətlər qürurvericidir. Eyni zamanda, son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlara nəzər saldıqda belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan Türk dünyasına liderlik edəcək bir gücə malik, bu istiqamətdə önəmli rol oynayan bir ölkədir. İnşallah, Azərbaycan Türk dünyasının parlayan ulduzu olmağa davam edəcək”, - sözlərini əlavə edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

