Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat infrastrukturunda köklü dəyişikliklər edəcək
22.12.2016 [09:50]
Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətdə olduğu bir il ərzində paytaxtın nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Bu fikri Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla yaradılmış BNA-nın baş direktoru Vüsal Kərimli ötən gün keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, ötən bir il ərzində ilk olaraq paytaxtın nəqliyyat sistemində mövcud vəziyyət təhlil edilib, həlli vacib məsələlər müəyyənləşdirilib. Ümumilikdə götürdükdə isə 2016-cı ili mövcud vəziyyətin təhlili və strateji fəaliyyət planının hazırlanması ili kimi də xarakterizə etmək olar. Belə ki, ötən dövr ərzində əsas diqqət bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılmasına yönəldilib. Bu məqsədlə “Bakı Nəqliyyat Planı”na uyğun olaraq paytaxtda 157 sayda mövcud marşrut xətti xarici mütəxəssislərlə birgə təhlil edilib, sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirilib. Hazırda Bakı şəhərində sərnişindaşımada istifadə edilən avtobusların ümumi sayı 2100, marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların sayı isə 58-dir.
Qeyd olunub ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 daşıyıcıdan yalnız 17-si maddi-texniki istehsalat bazasına malikdir ki, əksəriyyəti qoyulan tələblərə tam cavab vermir: “Bu gün, təəssüflər olsun ki, hələ də bir sıra marşrut avtobusları xəttə qarajlardan deyil, müxtəlif məhəllələrdən çıxırlar. Bu sahədə mövcud vəziyyətin normallaşdırılması istiqamətində 2017-ci ildə kompleks tədbirlər həyata keçiriləcəkdir. Marşrut xətlərinin müvəqqəti istismara verilməsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müsabiqə yolu ilə həyata keçiriləcək”.
V.Kərimli daha sonra qeyd edib ki, sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklərdən biri də ekspress xətt marşrutunun istifadəyə verilməsidir. Hazırda Bakı şəhərində 1 ekspress marşrut xətti fəaliyyət göstərir. Sərnişinlər bu marşrut xəttindəki ən müasir avtobuslarla Metronun “28 May” stansiyasından Hava limanına, eləcə də əks istiqamətdə çox rahat şəkildə gedib-gələ bilərlər. 2017-ci ildə ekspress xətt marşrutlarının sayının artırılması nəzərdə tutulub: “Ötən bir ildə ictimai nəqliyyatda vahid kart ödəniş sisteminə keçid, nəhayət ki, reallaşdırıldı. Bu gün Bakı şəhərində müntəzəm marşrutda 450 ədəd avtobusun nağdsız ödəniş - vahid kart sisteminə qoşulması təmin edilib. 2017-ci ildə paytaxtda fəaliyyət göstərən bütün marşrut avtobuslarında bu sistemin tətbiqi başa çatdırılacaq”.
Baş direktor daha sonra bildirib ki, hesabat dövründə taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə də müəyyən tədbirlər həyata keçirilib. Taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə, həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb. Təqribi hesablamalara əsasən, hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili fəaliyyət göstərir. Onun sözlərinə görə, bu sahədə aparılan işlər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumundan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb.
Paytaxtda yol hərəkətinin təşkili və təhlükəsizliyindən danışan natiq qeyd edib ki, bu məqsədlə görülən işlər çərçivəsində avtobus dayanacaq məntəqələri araşdırılıb, 1200-dən çox dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib. Bundan əlavə, piyada keçidləri araşdırılıb, ümumilikdə 413 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib. Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanan təkliflər Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.
Qeyd edilib ki, ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması, o cümlədən yol nişanları quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermirdi. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilərək, müvafiq icazə olmadan quraşdırılmış yol nişanlarının çıxarılması təmin edilib.
Vüsal Kərimli çıxışının sonunda qarşıdan gələn 2017-ci ilin paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, sərnişinlərə beynəlxalq standartlara cavab verən xidmətlərin təşkili, bir sözlə, bu sahədə köklü dəyişikliklər ili kimi də yaddaşlarda qalacağına əminliyini vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

