QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyəti haqqında hesabat verib
28.01.2017 [10:44]
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə QHT təmsilçiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyən sədr Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyanın müşahidə edildiyini vurğulayıb. O qeyd edib ki, ötən il də Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib.
Hesabat məruzəsi ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, 2016-cı ildə Şura QHT-lərin 556 layihəsinin maliyyələşdirilməsinə 5 369 535 manat vəsait ayırıb. Bu layihələrin icrasına 2018 nəfər işçi cəlb olunub. Layihələr çərçivəsində 45 televiziya verilişi hazırlanıb, 29 sosial çarx, 25 film çəkilib, 23 sayt yaradılıb. Maliyyələşən layihələr üzrə ölkənin 54 şəhər və rayonlarında müxtəlif tədbirlər həyata keçirilib. QHT-hökumət tərəfdaşlığının inkişafı istiqamətində atılan bu mühüm addımlar nəticəsində 9 qeyri-hökumət təşkilatının bank hesablarından həbs götürülüb, 8 QHT-yə qarşı tətbiq olunmuş vergi sanksiyaları ləğv edilib. Həmçinin 33 QHT-nin xarici donor hesabına maliyyələşən 32-dən çox qrant müqaviləsi qeydə alınıb, qeydiyyatı yubadılan 15 QHT-nin dövlət qeydiyyatı problemi həll edilib.
Tədbir çərçivəsində Şuranın 2016-cı ildə maliyyələşdirdiyi layihələrdən bəhs edən kitabın təqdimatı olub. Həmçinin ötən il fərqlənmiş bir sıra QHT-lərin nümayəndələrinə fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

