Azərbaycan Prezidentinin tapşırıqları təxirəsalınmadan icra edilir
16.02.2017 [10:06]
Fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin geniş kollegiya iclasında Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Fikrət Məmmədov ölkəmizdə aparılan hüquq islahatları çərçivəsində ədliyyə, xüsusilə penitensiar sistemin inkişafı, cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi sahəsində strateji prioritetləri müəyyən edən proqram xarakterli Sərəncamın müstəsna əhəmiyyətini qeyd edib. Nazir bu mühüm sənədin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını daim bəyan edən Prezident İlham Əliyevin humanist siyasətinin, insan hüquqlarının daha etibarlı təmin edilməsinə həssas münasibətinin təzahürü olduğunu vurğulayıb.
Qeyd edilib ki, dövlətimiz cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması, onların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün paytaxtımızda və respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunaraq istifadəyə verilir. Həmçinin bu sahədə şəffaflığa xüsusi önəm verilərək səmərəli ictimai iştirakçılıq, o cümlədən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində geniş tətbiq olunur.
Həmçinin bildirilib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib və əhatəli qərar qəbul edilib. Məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, bu zaman İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınması, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, müstəsna hallarda həbsin yalnız digər alternativ tədbirlər mümkün olmadığı halda tətbiqi tövsiyə edilib.
Lakin həyata keçirilən tədbirlərə baxmayaraq, bu sahələrdə çatışmazlıqlar və həllini gözləyən problemlər qalmaqdadır. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, həmçinin cəzanı icra edən orqan və müəssisələrdə müasir İKT-nin imkanlarından kifayət qədər istifadə edilmir. Eyni zamanda, həbsin müstəsna qətimkan tədbiri olmasına baxmayaraq, ibtidai istintaq və məhkəmə icraatı zamanı onun seçilməsinə üstünlük verilir, alternativ qətimkan tədbirlərinə lazımi diqqət yetirilmir.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-nin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara çoxsaylı tapşırıqlar və tövsiyələr verilib.
İclasda Sərəncamın icrasının təşkili üzrə görülən işlərə toxunulub, bu məqsədlə geniş işçi qrupu yaradılıb. Bundan başqa, verilən tapşırıqların vaxtında, mütəşəkkil və dürüst icrası ilə bağlı konkret tədbirlər müəyyən edilib.
Eyni zamanda, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunvericiliyə uyğun çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər mənfi halların, habelə ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması, penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Qeyd olunub ki, bu sahədə tədbirlərin icrası barədə hər altı aydan bir Azərbaycan Prezidentinə məlumat verilməlidir.
İclasda dövlətimizin başçısının tapşırığına uyğun olaraq, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların səmərəliliyinin artırılması üzrə aidiyyəti göstərişlər verilib.
Həmçinin Sərəncama əsasən, müvafiq cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə nazirliyin Probasiya xidmətinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycanda bu yeni institutun təşviqi ilə bağlı Avropa İttifaqı ilə layihə həyata keçirildiyi, nazirlik tərəfindən beynəlxalq təcrübənin öyrənildiyi, o cümlədən elektron nəzarət vasitələrinin, xüsusilə “elektron qolbaq”ın ölkəmizdə tətbiqi imkanları ilə bağlı təkliflərin hazırlandığı qeyd edilib.
Kollegiya iclasında “elektron qolbaq”ların funksionallığına, tətbiqi qaydalarına dair təqdimat keçirilib, həmin avadanlığın nümunələri nümayiş etdirilib.
Eyni zamanda, şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi, “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminin təşkili, mediasiya institutunun tətbiqi və qarşıda duran digər vəzifələrə dair konkret tədbirlər müəyyən edilib.
İclasda azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəmizə qəbul edilməsi işinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub, müvafiq icraat qaydalarına, habelə digər normativ sənədlərə baxılaraq təsdiq edilib. Həmçinin bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

