/ / Qax rayonunun tarixi məkanları ilə tanışlıq diplomatik nümayəndəliklərin təmsilçilərinin ürəyincə olub
Qax rayonunun tarixi məkanları ilə tanışlıq diplomatik nümayəndəliklərin təmsilçilərinin ürəyincə olub
22.02.2017 [09:45]
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində Şəki ilə tanışlıqdan sonra fevralın 21-də Qax rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçən səfərin əsas məqsədi ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı, həmçinin bölgənin turizm potensialı ilə yaxından tanış olmaqdır.
Səfərdə 30-dək diplomatik nümayəndəliyin 45-ə yaxın nümayəndəsi iştirak edib.
Nümayəndə heyətinin üzvləri Qax şəhərinin qədim tarixi hissəsi - “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzinin qarşısında rayon rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Qonaqların diqqətinə çatdırılıb ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərə bariz nümunədir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır.
Bildirilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.
Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları diplomatların marağına səbəb olub.
Səfər proqramına uyğun olaraq qonaqlar sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, 2013-cü ildə istifadəyə verilən mərkəz Ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsidir. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zalın yan divarları səkkizguşəli ornament şüşələrlə örtülüb. Xüsusi ekranlar və tablolarda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılır.
Diplomatlar zalda quraşdırılan Qax rayonunun elektron xəritəsinə də baxıblar. Onlar Heydər Əliyev Mərkəzinin arxitekturasına, ekspozisiya zalının qeyri-adi gözəlliyinə heyranlıqlarını gizlətməyiblər.
Sonra qonaqlar mərkəzin konfrans zalında Qax rayonunun tarixi, iqtisadiyyatı, turizm potensialından bəhs edən film izləyiblər.
Diqqətə çatdırılıb ki, Qaxın mülayim və saf dağ iqlimi, zəngin mineral bulaqları, gözəl təbiət mənzərələri, çayları, düzənlik və dağ meşələri burada turizmin müxtəlif növlərinin inkişafı üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsil istirahət məkanıdır. Son illər rayonda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilib, yeni otellər, istirahət mərkəzləri istifadəyə verilib. Bunun nəticəsidir ki, rayona gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır.
Səfər proqramına uyğun olaraq nümayəndə heyətinin üzvləri sonra geniş turizm potensialına malik İlisu kəndinə səfər edib, “El Resort” otelində yaradılan şəraitlə tanış olublar.
Qaxın tarixi məkanları ilə tanışlıq diplomatik nümayəndəliklərin təmsilçilərinin ürəyincə olub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47

