Ombudsman Aparatında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib
23.02.2017 [10:11]
Fevralın 22-də Ombudsman Aparatında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Dəyirmi masa”da çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova diqqətə çatdırıb ki, Ombudsman təsisatının tədbirlər planına əsasən, müvəkkil tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı paytaxtda və rayonlarda silsilə tədbirlər təşkil edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını vurğulayan ombudsman bildirib ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib.
“Dəyirmi masa”da Xocalı qətliamının beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verilib.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı faciəsinin dünyada bənzərinin olmadığını vurğulayıb. Qeyd edib ki, faciə zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Milli Məclisin deputatları Elman Nəsirov, Musa Qasımlı, Hikmət Məmmədov, Sahibə Qafarova və Sevinc Fətəliyeva Xocalı soyqırımına beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsinin, bu qırğını törədənlərin cəzalandırılmasının vacibliyini bildiriblər. Onlar Ermənistanın Xocalı soyqırımı ilə təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət törətdiyini vurğulayıblar.
Xocalı sakinləri olan yazıçı, jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Səriyyə Müslümqızı və Murad Məmmədov şahidi olduqları həmin dəhşətli hadisələr barədə ətraflı danışıblar.
“Dəyirmi masa”da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbir çərçivəsində S.Müslümqızının Xocalı soyqırımı ilə bağlı çəkdirdiyi “Onlar heç vaxt böyüməyəcəklər” adlı film, habelə Ombudsman təsisatı tərəfindən təşkil edilmiş uşaq rəsm sərgisi, bu qanlı faciəyə və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablar və nəşrlər sərgisi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

