Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayət aktıdır
25.02.2017 [10:35]
Pirallahıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı tədbir keçirilib
Dünən Pirallahı rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı tədbir keçirilib. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən foto-stend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən rəsmləri malbertlər və stendlərdə nümayiş olunub.
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımının bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov diqqətə çatdırıb ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində aparılan təbliğat işləri müsbət nəticələrini verməkdədir. O qeyd edib ki, bu dəhşətli cinayət aktının iştirakçıları layiqli cəzalarını almalıdırlar.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib ki, Xocalı faciəsi ilə əlaqədar son illər dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, görülən işlər öz nəticələrini verməkdədir. Qeyd olunub ki, Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayət aktıdır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini yerlə yeksan etməsi və azərbaycanlılara qarşı etnik soyqırımının həyata keçirilməsi beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə cinayət tərkibli akt kimi dəyərləndirilir: “Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu da konkret olaraq hərbi cinayət kimi xarakterizə olunur. Həmçinin azad dəhliz barədə məlumat Xocalı əhalisinin çoxuna çatdırılmayıb, bu da müvafiq konvensiyalara ziddir”.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirə Gənc Tamaşaçılar Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən “Arzu və Murad” tamaşasına baxışla yekun vurulub. Tədbir başa çatdıqdan sonra Xocalıdan olan məcburi köçkün ailələrinə Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım verilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

