KİVDF-nin “Azərsu” ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb
18.03.2017 [11:04]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərsu” ASC-nin birgə təşkil etdikləri “Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib və rəhbəri olduğu qurumun media ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Qorxmaz Hüseynov “Azərsu” ASC-nin təşkilatçılığı ilə martın 14-dən 18-dək Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən tədbirlər qlobal miqyasda insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmini, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin geniş müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qorxmaz Hüseynov su həftəsi çərçivəsində Bakıda və regionlarda keçirilən tədbirlərdə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nüfuzlu qonaqların iştirak etməsini mötəbər tədbirə yüksək marağın əyani təcəssümü kimi dəyərləndirib.
“Azərsu” ASC-nin sədri həftə çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin də təntənəli şəkildə qeyd olunduğunu bildirərək kəmərin ölkəmiz üçün strateji əhəmiyyətindən söz açıb. Q.Hüseynov bildirib ki, əgər 100 il əvvəl Şollar-Bakı su kəməri Avropanın nəhəng layihələrindən biri sayılırdısa, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə son illər əsaslı şəkildə müasirləşən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hazırda belə bir yüksək statusa malikdir.
Fondun icraçı direktoru Vüqar Səfərli Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyinin respublikamız üçün tarixi əhəmiyyətli hadisə olduğunu vurğulayaraq müxtəlif maneələrə baxmayaraq ötən əsrin əvvəllərində böyük messenat Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə kəmərin tikintisinin uğurla yekunlaşdırıldığını bildirib.
V.Səfərli həmçinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə “Azərsu” ASC-nin son illər Bakı şəhərinin və respublikamızın regionlarının fasiləsiz və keyfiyyətli içməli su təchizatı sahəsində gördüyü işləri yüksək dəyərləndirib.
Vüqar Səfərli qeyd edib ki, Fondun “Azərsu” ASC ilə birgə keçirdiyi müsabiqənin məqsədi Şollar-Bakı Su Qurğuları Kompleksinin Bakı şəhərinin içməli su təchizatındakı müstəsna rolunun ictimaiyyətə dolğun şəkildə çatdırılmasıdır. İcraçı direktor yanvarın 12-dən martın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 32 kütləvi informasiya vasitəsindən 56 yazının təqdim olunduğunu bildirib: “Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən “Azərsu” ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalist əsas, 15 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb”.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

