Biləsuvarda 40 min 540 nəfər pulsuz tibbi müayinədən keçirilib
30.03.2017 [09:35]
Biləsuvarın səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinəsi davam edir.
AZƏRTAC xəbər verir ki, rayonda əhalinin kütləvi pulsuz tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır.
Humanitar aksiyanın mütəşəkkil başa çatdırılması üçün rayon İcra Hakimiyyətində yaradılmış komissiya kompaniyanın gedişinə ciddi nəzarət edir, müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Yerli mətbuat orqanlarında, idarə, müəssisə və təşkilatlarda, şəhər və kənd yaşayış məntəqələrində əhalinin tibbi müayinəyə tam cəlb olunması üçün maarifləndirmə işləri aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Rövşən Pənayev AZƏRTAC-a müsahibəsində deyib: “Humanitar aksiya çərçivəsində əhalinin tibbi müayinəsi 3 xəstəxana, 20 həkim və tibb müəssisəsində aparılır. 50 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 75 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub”.
Aksiya çərçivəsində indiyədək 40 min 540 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 2147 vətəndaş ambulator, 147 nəfər stasionar müalicəyə cəlb olunub. 74 xəstə isə Bakı şəhərinin ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

