Əcnəbi tələbələr Cocuq Mərcanlıda tikinti işləri ilə tanış olublar
06.04.2017 [09:54]
Aprelin 5-də ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbənin və yerli media nümayəndələrinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfərin əsas məqsədi əcnəbi tələbələrə ermənilər tərəfindən Cocuq Mərcanlı kəndində törədilən vəhşilikləri göstərmək, xalqımızın işğal altındakı torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də onları Prezident İlham Əliyevin sərəncamları ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və əcnəbi tələbələr əvvəlcə Horadiz şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qonaqlar sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. Əcnəbi tələbələrə Prezidentin Sərəncamına müvafiq olaraq Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə əlaqədar məlumat verilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi işğal altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
İştirakçılar Cocuq Mərcanlıda inşa edilən məktəb binasının tikinti işləri ilə də tanış olublar.
Ərazidə yerləşən hərbi hissənin komandir heyəti ilə görüşən tələbələr 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib, kənddə yeni çəkilən avtomobil yolunun kənarına ağac əkiblər.
Səfər iştirakçılarına Ermənistanın hərbi təcavüzü və işğal siyasəti, aprel döyüşləri ilə bağlı məlumatların yer aldığı bukletlər təqdim olunub.
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgərləri ilə keçirilən görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğundan danışıb. Əsgərlərimizə hərb işini dərindən öyrənməyi tövsiyə edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Qonaqlar daha sonra Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəblə tanış olublar. Məktəbin şagirdlərinə xatirə hədiyyələri təqdim edilib.
Çindən olan tələbə Zhang Guoqing jurnalistlərə müsahibəsində deyib: “Mən yeddi ildir Azərbaycanda təhsil alıram. Bilirəm ki, keçən ilin aprel ayında burada şiddətli döyüş olub. Bu torpaqlar Azərbaycanın ərazisidir. Ermənilər buranı işğal etmək istəyiblər. Müharibə bütün insanlar üçün dəhşətdir. Mən görürəm ki, burada evlər tikilir və kəndin sakinləri öz evlərinə qayıdacaqlar. Arzu edirəm ki, heç vaxt müharibə olmasın. Bu ərazilərdə həmişə dinclik olsun”.
Zimbabvedən olan tələbə Qaret Şoko isə Cocuq Mərcanlıya gəldiyi üçün özünü şanslı hesab etdiyini bildirib: “Səfər zamanı xeyli məlumat əldə etdim. Cocuq Mərcanlı sakinləri yenidən öz yurdlarına qayıdacaqlar. Azərbaycan dövləti onlar üçün evlər tikir, qəsəbə salır. Dünyanın bir çox yerində dövlət insanlar üçün evlər tikmir. Azad edilmiş kəndin yenidən bərpa olunmasını görmək həqiqətən də çox gözəl hissdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

