Lənkəran çayının şöhrəti geri qaytarılır
22.04.2017 [11:12]
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsini mən də diqqətlə izlədim. Prezident İlham Əliyev müşavirədə bir daha Azərbaycanın hərtərəfli tərəqqisi, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafının vacib olduğunu vurğulayıb.
Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Son illərdə aqrar sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. İstehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq fermerlərə son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar.
Biz bu yaxınlarda İqtisadiyyat Nazirliyindən həm çay əkini, həm də çay emalı fabriki ilə bağlı “İnvestisiya təşviqi sənədi”ni almışıq. Bu, dövlətimizin biz iş adamlarına böyük qayğısıdır. Yeddi il müddətinə bütün vergilərdən azad olunmuşuq. Ölkə Prezidentinin təbirincə desək, dünyada ikinci belə dövlət tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin.
Məlum olduğu kimi, yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi qarşıya məqsəd qoyulub. Buna nail olmaq üçün ölkəmizdə hər cür imkan, ən başlıcası isə dövlət dəstəyi mövcuddur. Yevlax şəhərində qeyri-neft ixracatçıları ilə keçirilən müşavirədə ölkənin ixrac potensialının artırılması ilə bağlı bir sıra hədəflər müəyyənləşdirilib. Müşavirədən əvvəl Prezident İlham Əliyevin imzaladığı “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanı və “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı da aqrar sahənin sürətli inkişafında yeni bir mərhələ açıb, desək, yanılmarıq.
Mən dövlət başçısının ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən yararlanaraq “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-ni yaratmışam. Təsərrüfatımız çoxsahəlidir. Əsas fəaliyyət istiqamətimiz çayçılıq və heyvandarlıq olsa da, ölkə əhalisinin tələbatına uyğun digər kənd təsərrüfatı məhsulları da istehsal edirik. 2006-cı ildən fəaliyyətə başlayan təsərrüfatımızın 140 hektar torpaq sahəsi var. Bunun 61 hektarında çay plantasiyası salmışıq. Fermamızda heyvanların sayını 17 başdan 300 başa çatdırmışıq. Həmçinin ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda 10150 tut tingi olan bağ salınıb, qalan sahələrdə bostan bitkiləri, sarımsaq və digər əkinlər aparmışıq.
Müşavirədə qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlət başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, ticarət-ixrac missiyalarının həyata keçirildiyini xüsusi qeyd edib. Biz də cənab Prezidentin çağırışına əsasən istehsal etdiyimiz yüksək keyfiyyətli yaşıl çay yarpağını özümüzdə emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Artıq mini çay emalı fabrikimiz fəaliyyət göstərir. Gələcəkdə bu sahəni daha da genişləndirməyi nəzərdə tutmuşuq.
Prezident İlham Əliyevin qonşu İran İslam Respublikasına səfərindən sonra mən bu ölkədə oldum. Burada çay emalı və qablaşdırıcı avadanlığın alınması üçün razılaşma əldə etdik. Çalışacağıq ki, cari ildə çay emalı üzrə müasir kompleksi də işə salaq. Keyfiyyətli quru çay istehsalını artırmaqla “Made in Azerbaijan” brendini almaq üçün əlimizdən gələni edəcəyik. Hazırda müəssisəmizdə ekoloji təmiz “Buket çayı”, “Gül çayı”, “Premium”, “Feyxoa çayı”, “Narın çay” və “Ekstra” növlü çaylar istehsal olunur. Bu ildən daha 3 növdə - “Zəncəfil çayı”, “Kəklikotu çayı” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutmuşuq.
Ötən il bizim üçün də uğurlu olmuşdur. İlk dəfə məhsul verməyə başlayan 42 hektar sahədən 90 ton yüksək keyfiyyətli çay yarpağı əldə etmişik. Bu il sahələrdən daha çox məhsul gözləyirik. İndidən payız əkinlərinə də hazırlıq aparılır. Bu məqsədlə uzun müddət dövriyyədən kənarda qalan 50 hektar torpaq sahəsində şum və digər aqrotexniki tədbirlər həyata keçirilir. Payız aylarında burada yeni çay sahələri salmaqdan ötrü 1 hektara yaxın sahədə çay tingliyi salınır. Burada ilk dəfə öz sahələrimizdən toplanmış yüksək keyfiyyətli toxumdan istifadə etməklə əkin aparırıq.
“Yaşıl çay” Fermer Təsərrüfatı MMC Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında mütəmadi olaraq iştirak edir. Novruz bayramı münasibətilə Dənizkənarı Bulvarda təşkil olunan yarmarkada təqdim etdiyimiz çay məhsulları cənab Prezident İlham Əliyevin də diqqətini cəlb etdi. Dövlət başçısı “Yaşıl çay”ın istehsalı olan ekoloji cəhətdən təmiz çayla xüsusi maraqlandı və yeni məhsul barədə həmin vaxt Bakıda olan Beynəlxalq Forumun iştirakçılarına həvəslə məlumat verdi. Bu, dövlətimizin başçısının aqrar sahədə çalışanlara nə qədər diqqət və önəm verməsinin əyani nümayişidir.
Araz YAĞUBOV,
Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28

