“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub
26.04.2017 [09:19]
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans aprelin 25-də öz işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Türkologiya” jurnalının akademik A.Axundova həsr olunmuş növbəti seminarı keçirilib.
Jurnalın baş redaktoru, akademik Kamal Abdullayev Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi A.Axundovun elmi fəaliyyətindən danışaraq bildirib ki, alim Azərbaycan dilinin və ədəbiyyatının xarici ölkələrdə təbliği sahəsində işlərin başlanğıcını qoyub.
“Türkologiya” jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verən akademik dərginin Azərbaycan elminin təbliğindən söz açıb. O, uzun illər A.Axundovun rəhbərlik etdiyi bu jurnalın hazırda ideya istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. K.Abdullayev qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnalda yalnız dilçilik istiqamətində deyil, həm də fəlsəfə, ədəbiyyat, tarix, folklor, mifologiya və s. istiqamətdə də yazılar çap olunur. Jurnalın tərkibi daha da genişlənib, həmçinin dərginin beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünas və digər sahələrdən olan mütəxəssislər daxil edilib. Hazırda jurnalın həm rubrikalarında, həm də burada çap olunan məqalələrdə ciddi dəyişikliklər var.
“Türkologiya” jurnalının perspektiv imkanlarından söz açan alim istedadlı gəncləri əməkdaşlığa dəvət edib.
Akademik K.Abdullayev görkəmli alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Türkiyəli professorlar Osman Fikri, Fikrət Türkmən, Rasim Özyürek, Hamza Zülfükar, misirli professor Muhammed Haridi və digər çıxış edənlər görkəmli alimin zəngin elmi fəaliyyətindən söz açıblar.
Sonra bölmə rəhbərlərinin hesabat məruzələri dinlənilib.
Konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Elmlər Akademiyasının (EA) Dilçilik İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Sənədi Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və Qazaxıstan EA Dilçilik İnstitutunun direktoru Yeren Kajibekov imzalayıblar.
Sənəddə elmi əlaqələrin və alimlər arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.
Sonda konfransın fəal iştirakçılarına sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

