Akademik Abel Məhərrəmov: Ölkəmizdə dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılır
26.04.2017 [09:19]
Aprelin 25-də Bakı Dövlət Universitetində (BDU) “İslam Həmrəyliyi İli-2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncamın böyük əhəmiyyət daşıdığını söyləyib. Vurğulanıb ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, ISESCO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib.
Akademik A.Məhərrəmov son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasətin aparıldığını, keçmiş sovet dövründə dinlə bağlı sərt qadağaların olduğunu söyləyib. Rektor həmin dövrdə Azərbaycanda 20-dək məscidin fəaliyyət göstərdiyi halda hazırda onların sayının 2000-i ötdüyünü, həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu xatırladıb.
Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın, o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.
Sonra BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev “İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir” mövzusunda məruzə ilə çıxış edib.
Altı bölmədə işini davam etdirən konfransda 200-dən çox məruzə dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

