Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UNEC-də “Stra­te­ji Plan”ın ic­ra­sı tə­min edi­lir

UNEC-də “Stra­te­ji Plan”ın ic­ra­sı tə­min edi­lir

01.07.2017 [10:12]

UNEC-də Azər­bay­can Res­pub­li­ka­sı təh­sil na­zi­ri­nin əm­ri ilə təs­diq edi­lən “Mil­li iq­ti­sa­diy­yat və iq­ti­sa­diy­ya­tın əsas sek­tor­la­rı üz­rə stra­te­ji yol xə­ri­tə­lə­rin­də nə­zər­də tu­tul­muş təd­bir­lə­rin ic­ra­sı ilə bağ­lı Təh­sil Na­zir­li­yi­nin Stra­te­ji Pla­nı (2017-2020-ci il­lər üçün)”nın ye­ri­nə ye­ti­ril­mə­si­ni tə­min et­mək məq­sə­di­lə iş­gü­zar top­lan­tı ke­çi­ri­lib.
UNEC-in rek­to­ru, pro­fes­sor Əda­lət Mu­ra­dov bil­di­rib ki, Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Mil­li iq­ti­sa­diy­ya­tın və iq­ti­sa­diy­ya­tın əsas sek­tor­la­rı üz­rə stra­te­ji yol xə­ri­tə­si­ni təs­diq edib. Bu­na uy­ğun ola­raq, təh­sil na­zi­ri­nin mü­va­fiq əm­ri ilə ali təh­sil mü­əs­si­sə­lə­ri­nin qar­şı­sın­da du­ran və­zi­fə­lər mü­əy­yən­ləş­di­ri­lə­rək, Təh­sil Na­zir­li­yi­nin Stra­te­ji Pla­nı təs­diq­lə­nib. Əm­rə əsa­sən, Mil­li iq­ti­sa­diy­yat və iq­ti­sa­diy­ya­tın əsas sek­tor­la­rı üz­rə stra­te­ji yol xə­ri­tə­lə­rin­də nə­zər­də tu­tu­lan təd­bir­lə­ri vax­tın­da və key­fiy­yət­li ic­ra et­mək məq­sə­di­lə UNEC-in də Stra­te­ji Pla­nı ha­zır­la­nıb.
Rek­tor bil­di­rib ki, stra­te­ji yol xə­ri­tə­lə­ri təs­diq­lən­dik­dən son­ra uni­ver­si­tet­də cid­di fə­al­lıq mü­şa­hi­də olu­nur. UNEC-in 48 pro­fes­sor və ali­min­dən iba­rət eks­pert qru­pu öl­kə­də baş ve­rən iq­ti­sa­di pro­ses­lə­rə ope­ra­tiv mü­na­si­bət nü­ma­yiş et­di­rir. Ə.Mu­ra­dov diq­qə­tə çat­dı­rıb ki, stra­te­ji yol xə­ri­tə­lə­ri­nin əha­tə et­di­yi sa­hə­lər­dən UNEC-də təh­sil, təd­qi­qat və in­no­va­si­ya is­ti­qa­mət­lə­ri prio­ri­tet se­çi­lib və stra­te­ji plan bu yön­də ye­ni­lik­lə­rin tət­bi­qi­ni nə­zər­də tu­tur. El­mi təd­qi­qat sa­hə­sin­də sti­mul­laş­dır­ma­nı ar­tır­maq məq­sə­di­lə di­fe­ren­si­al əmək­haq­qı sis­te­mi də tək­mil­ləş­di­ri­lə­cək. Be­lə ki, mü­əl­lim­lə­rin rey­tin­qi mü­əy­yən edi­lər­kən, on­la­rın el­mi təd­qi­qat­la­rı­na xü­su­si diq­qət ay­rı­la­caq. Ey­ni za­man­da, da­ha bir ko­mis­si­ya ya­ra­dı­la­caq ki, bu ko­mis­si­ya qiy­mət­lən­dir­mə ilə bağ­lı apel­ya­si­ya şi­ka­yət­lə­ri­nə ba­xa­caq. Şəf­faf­lı­ğı tə­min et­mək məq­sə­di­lə ko­mis­si­ya­nın qə­rar­la­rı UNEC-in rəs­mi say­tın­da in­te­rak­tiv yer­ləş­di­ri­lə­cək, ic­las­lar isə Fa­ce­bo­ok va­si­tə­si­lə can­lı ya­yım­la­na­caq.
İn­no­va­si­ya ilə bağ­lı öl­kə­də ilk də­fə ola­raq UNEC-də İn­no­va­tiv Biz­nes İn­ku­ba­to­ru ya­ra­dıl­dı­ğı­nı bil­di­rən rek­tor “Ma­de in Azer­bai­jan” la­yi­hə­si­nin əhə­miy­yə­ti­ni xü­su­si vur­ğu­la­yıb. O qeyd edib ki, ye­ni təd­ris ilin­dən UNEC-də “Star­tap gün­lə­ri” ke­çi­ri­lə­cək. Sa­hib­kar­la­rın ma­liy­yə sa­vad­lı­lı­ğı­nı ar­tır­maq məq­sə­di­lə on­lar­la mü­tə­ma­di gö­rüş­lər, tre­ninq­lər, “də­yir­mi ma­sa”lar və se­mi­nar­lar təş­kil olu­na­caq.
Rek­tor Ə.Mu­ra­dov stra­te­ji plan­dan irə­li gə­lən təd­bir­lə­rin ic­ra­sı ilə bağ­lı mü­va­fiq struk­tur rəh­bər­lə­ri­nə tap­şı­rıq­lar ve­rib.

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31