/ / Bakı Ali Neft Məktəbi beynəlxalq institutları erməni işğalına son qoyulması üçün real tədbirlər görməyə çağırır
Bakı Ali Neft Məktəbi beynəlxalq institutları erməni işğalına son qoyulması üçün real tədbirlər görməyə çağırır
11.07.2017 [09:36]
Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup professoru nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT-in Minsk qrupuna və Avropa Şurasına Ermənistanın hərbi qüvvələrinin artilleriya zərbələri nəticəsində qətlə yetirilmiş ikiyaşlı Zəhranın həlak olması ilə bağlı müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Heç bir günahı olmayan insanların: ikiyaşlı körpənin və yaşlı qadının qətli Azərbaycanın mülki əhalisinə qarşı erməni hərbi qüvvələrinin törətdikləri növbəti cinayətdir və bunun üçün məsuliyyət tamamilə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənilərin minaatanları və qumbaraatanları “Böyük iyirmiliyin” görüşü ərəfəsində uşaqları hədəfə götürür, separatçılar bütün sivil dünyaya meydan oxuyurlar. Azərbaycanın mülki əhalisinə və mülkiyyətinə davamlı və məqsədyönlü hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozulmasıdır. Separatçıların əməlləri, onların arası kəsilməyən təxribatları müxtəlif ölkələrin siyasətçilərinin daim artan narazılığı ilə qarşılanır.
Beynəlxalq institutlar erməni işğalına son qoyulması, işğalçı qüvvələrin Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən tanınmış ərazisindən çıxarılması və regionda sülhün bərqərar olunması üçün tədbirlər görməlidirlər. Sivil dünyada sonsuz konfliktlərə yer yoxdur. Biz tələb edirik ki, Ermənistan özünün Azərbaycana qarşı irəli sürdüyü əsassız və qeyri-qanuni ərazi iddiaları naminə bizim ölkənin mülki əhalisinin qurban verilməsinə son qoyulsun.
Günahsız insanların ölümünə, insanlıqdan kənar əməllərə son qoyulmalıdır. Hər insan həyatı qiymətsizdir, hər insan təkraredilməzdir və insanın, özü də körpənin qətli insanlığa qarşı cinayətdir. BMT, ATƏT, Qərb ölkələri, xüsusən dünyanın super dövlətləri regionda status-kvonu saxlamağa çalışan aqressiyanı cilovlamalıdırlar. Biz hesab edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar özlərinin Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçı ordusunun bizim torpaqlardan çıxarılması haqqında qərarlarına hörmət etməlidirlər.
Əgər bu baş tutmasa, belə təxribatlar davam edəcək. Bu, Azərbaycanı status-kvonu aradan qaldırmaq üçün hərbi güc tətbiqinə məcbur edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

