Yevlaxda ilin altı ayında daxili məhsulun həcmi 21,7 faiz artıb
20.07.2017 [09:18]
İlin birinci yarısında Yevlax rayonunda daxili məhsulun həcmi 320,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 57,9 milyon manat və yaxud 21,7 faiz çoxdur. Məhsul buraxılışının 4,8 milyon manatını sənaye, 41,7 milyon manatını kənd təsərrüfatı, 33,8 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 35 milyon 80 min manat olub. Adambaşına 2528 manat məhsul istehsal edilib ki, bu da 2016-cı ilin altı ayına nisbətən 439 manat və yaxud 21,1 faiz çoxdur. Birinci yarım ildə 911-i daimi olmaqla, 1175 nəfər işlə təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu faktlar Yevlax rayonunda 2017-ci ilin altı ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti, quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Cari ildə İqtisadiyyat Nazirliyinin Aran regional inkişaf mərkəzinin binası, Salahlı-Balçılı-Ağqırax-Varvara-Cırdaxan-Yevlax şəhərinə giriş kəndlərarası avtomobil yolu, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir-Aran qəsəbəsi hissəsi istifadəyə verilib. Varvara balıqartırma və yetişdirmə zavodu, Varvara su elektrik stansiyası yenidən qurulub. Aşağı Qarxun və Nemətabad kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir edilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının, dəmir yol körpüsünün, Aran qəsəbəsində ailə sağlamlıq mərkəzinin tikintisi aparılır.
Diqqətə çatdırılıb ki, birinci yarım ildə ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilib. 2017-ci ilin məhsulu üçün rayonda 220,5 hektarda kartof, 228,7 hektarda tərəvəz, 1325 hektarda yonca, 10 min 574 hektarda taxıl, 2168 hektarda pambıq əkilib, 5585 kiloqram barama tədarük edilib. 2016-cı ilin birinci yarısı ilə müqayisədə ət 5,4 ton, süd 66 ton, yun 4 ton çox istehsal olunub.
Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə 119 kilometr suvarma kanalı lildən təmizlənib, 1 nasos stansiyası, 2000 metr beton kanal, nasos stansiyalara xidmət edən təzyiqli boru kəmərləri təmir olunub. Bundan başqa, rayonun 12 kəndində 28 min hektar sahədə meliorasiya işlərinə başlanılıb.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

